sosial
8.09.2020, 15:46
DİM sədri: “Yanlış məlumatlar yayanlara inanmayın”

Dövlət İmtahan Mərkəzinin adından istifadə edərək, yanlış məlumatlar yayanlara inanmayın.
Bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, DİM-in rəsmi məlumatları yalnız qurumun rəsmi saytından götürülməlidir:
“Bu istiqamətdə yanlış informasiya yayanlar var. Biz anlaşılmazlıq yaranmasın deyə, hər kəsi rəsmi saytımızı izləməyə dəvət edirik”.


