Şirvanda şəhidlərə xatirə kompleksləri ucaldılır - Fotolar












Sentyabrın 5-də Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərin xatirəsinə həsr olunmuş növbəti anım tədbiri keçirilib.

dogruxeber.tv “Qafqazinfo”nun məlumatına əsasən bildirir ki, Şirvan şəhər İca Hakimiyyətinin başçısı İlqar Abbasov, Polis Şöbəsinin rəisi Hikmət Quliyev, Şirvan şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov və ictimaiyyət nümayəndələri xüsusi karantin rejiminin qaydaları gözlənilməklə şəhərin “Kürkörpü” adlanan yaşayış massivində şəhid Vüqar Yadigar oğlu Kərimovun və şəhid İmran Nəriman oğlu Quliyevin xatirəsinə ucaldılan abidə kompleksinin açılışına qatılıblar.

Açılış mərasimində hər iki şəhidin valideynləri, ailə üzvləri iştirak edib. Öncə şəhidlərin xatirəsi anılıb, abidə kompleksi önünə gül-çiçək dəstələri qoyulub.

Mərasimdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edib. Natiq Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafında əldə olunan uğurlardan, regionların sosial-iqtisadi inkişafına, əhalinin sosial rifah halının yaxşılaşmasına, xüsusilə dövlətimiz, xalqımız qarşısında əvəzsiz xidmətləri olan insanlara, o cümlədən Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə göstərdikləri diqqət və qayğıdan danışıb. Bu qayğının dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyası dövründə də davam etdirildiyini, nəzərdə tutulan bütün sosial layihələrin uğurla həyata keçirildiyini qeyd edib. İşğal olunmuş torpaqlarımızın tezliklə azad olunacağına əminliyini bildirib. Şirvanlıların həmişə dövlətə, dövlətçiliyə sadiq olduğunu qeyd edib.

Şirvan şəhərində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin inşasında əməyi olan hər kəsə minnətdarlığını bildirib. Şəhidlərin valideynlərinə, ailə üzvlərinə başsağlığı verib, şəhidlərə Allahdan rəhmət diləyib.

Tədbirdə çıxış edən natiqlər şəhidlər: Vüqar Yadigar oğlu Kərimovun və İmran Nəriman oğlu Quliyevin keçdiyi həyat yolundan, göstərdikləri qəhrəmanlıqdan danışıblar.

Tədbirdə şəhid Vüqar Kərimovun atası Yadigar Kərimov və şəhid İmran Quliyevin anası Arusə Quliyeva çıxış edərək, şəhidlərə verilən yüksək qiymətə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Şirvanda şəhidlərə xatirə kompleksləri ucaldılır - Fotolar
Şirvanda şəhidlərə xatirə kompleksləri ucaldılır - Fotolar
Şirvanda şəhidlərə xatirə kompleksləri ucaldılır - Fotolar
Şirvanda şəhidlərə xatirə kompleksləri ucaldılır - Fotolar

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər