hadise
8.09.2020, 13:28
Zavodda seyfdən silah-sursat aşkarlandı – Samuxda

Samux rayonunda silah-sursatla bağlı əməliyyat keçirilib.
dogruxeber.tv bildirir ki, Samux rayon polis şöbəsi və Dövlət vergi xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki zavodların birində iş otağındakı seyfdən “Makarov” markalı tapança, 24 ədəd patron, 2 ədəd patron darağı, “RQD” və “F-1” qumbaraları aşkar edilərək götürülüb.
(Teleqraf.com)


