sosial
14.09.2020, 16:26
Yeni başçı özünə köməkçi təyin etdi

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov özünə yeni köməkçi təyin edib.
dogruxeber.tv Unikal.org-a istinadən xəbər verir ki, Elmir Bağırovun əmri ilə, bu vəzifəyə Əzizov Ruhid Seyidəzim oğlu təyinat alıb.
Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


