AŞ PA cəbhədəki hərbi əməliyyatlarla bağlı bəyanat yayıb












Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Ermənistanı və Azərbaycanı vəziyyəti daha da gərginləşdirməməyə və danışıqlar masasına qayıtmağa çağırır.

Doruxeber.az "Report"un Fransa bürosuna istinadən xəbəb verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Andrey Şircel və Kimmo Kilyuner, Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şenak və Rocer Geyl yaydıqları birgə bəyanatlarda bildiriblər.

"Regional sabitlik üçün böyük risk olan Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların başlanması və böyüməsindən son dərəcə narahatıq. Hər iki tərəfdə mülki vətəndaşların və hərbçilərin həlak olmalarından dərin təəssüf hissi keçiririk" - həmməruzəçilər vurğulayıblar.

"Hər iki tərəfi döyüş əməliyyatlarını dərhal dayandırmağa, vəziyyəti gərginləşdirməməyə və Minsk Qrupu formatında danışıqlar masasına qayıtmağa çağırırıq. Bundan əlavə, bütün digər Avropa Şurasına üzv dövlətləri bu bölgədəki gərginliyə və qeyri-sabitliyə səbəb ola biləcək hər hansı bir hərəkət və ya danışıqdan çəkinməyə çağırırıq. Bir daha təkrar edirik ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur" - bəyanatda bildirilir.

"2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan sərhəddindəki baş verən hərbi toqquşmalar zamanı verdiyimiz ortaq açıqlamamızda bildirdiyimiz kimi, Avropa Şurasına üzv dövlətlər aralarındakı münaqişələri yalnız sülh yolu ilə həll etməlidirlər", - müşahidəçilir qeyd ediblər.

"Parlament Assambleyası Minsk Qrupu formatında sülh danışıqları üçün əlverişli bir mühitin yaradılmasına töhfə verməyə hazırdır", - bəyanatda bildirilir.

Oxunub: 671

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər