dunya
29.09.2020, 10:15
ABŞ-da atışma: Ölənlər var

ABŞ-ın Oreqon ştatının Salem şəhərində polisin iştirakı ilə atışma baş verib.
dogruxeber.tv bildirir ki ki, atışma nəticəsində bir neçə insan ölüb.
Polisə şəhərin şərqində yerləşən evdə girovların saxlanıldığı barədə məlumat daxil olub. Əraziyə polislər cəlb edilib.
Şahidlər atəş və partlayış səslərinin eşidildiyini deyirlər.
Qeyd olunur ki, polislər arasında itki yoxdur, ancaq şübhəlinin özü də daxil olmaqla, bir neçə nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.
(Life.ru)


