dunya
28.07.2018, 08:49
ABŞ-da qocalar evində atışma olub, ölənlər var

ABŞ-ın Texas ştatının Robstaun şəhərində fəaliyyət göstərən qocalar evində atışma olub.
dogruxeber.tv in TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şəhər polisinin nümayəndəsi Erasmo Flores bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər – iki qadın və bir kişi öldürülüb. Daha sonra yaxınlıqdakı binada daha 2 nəfərin meyiti aşkarlanıb. Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələlik məlum deyil. Polis rəsmisi insidentin təfərrüatları barədə açıqlama verməyib.


