dunya
4.05.2018, 09:01
ABŞ-da ticarət mərkəzində atışma olub

ABŞ-ın Neşvill şəhərində yerləşən ticarət mərkəzlərindən birində atışma olub.
dogruxeber.tv-ın WSMV telekanalına istinadən verdiyi xəbərə görə, insident nəticəsində 4 nəfər yaralanıb. Məlumata görə, atəş açmaqda şübhəli bilinən şəxslərdən biri saxlanılıb, digərinin axtarışları davam etdirilir.
Hadisənin təfərrüatları hələlik açıqlanmır.


