Nazirlikdən işğal altında məhv edilən təbii sərvətlərimizlə bağlı AÇIQLAMA












“30 ilə yaxındır ki, gözəl göllərimiz - Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Qaragöl kimi şirin su mənbələri işğal altında qalıb”.

dogruxeber.tv məlumat verir ki,bunu Oxu.Az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, ermənilərin işğal altında saxladığı torpaqlarda 10 su anbarı var. Anbarların ümumi həcmi 631 milyon kub metrdir:

“Onlardan ən böyüyü olan “Sərsəng” su anbarıdır. Bu anbardan erməni işğalçıları ekoloji təzyiq vasitəsi kimi də istifadə edir. “Sərsəng” su anbarı Tərtər və Kəlbəcər rayonlarının ərazisində, Tərtər çayı üzərində 1976-cı ildə inşa edilib.

Anbarın ümumi həcmi 565 milyon kub metrdir. Anbarın tikilməsində əsas məqsəd Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Yevlax və Goranboy rayonlarının məhsuldar torpaqlarını suvarma suyu ilə, əhalini içməli su ilə təmin etmək olub.

Həmçinin, “Sərsəng” su bəndi üzərində Su Elektrik Stansiyası mövcuddur. Su Elektrik Stansiyası ölkənin enerji sektorunu ucuz alternativ enerji ilə təmin etməli idi. Su anbarının suyu qış vaxtı buraxılır.

Yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri və kommunikasiya xətləri qışda su altında qalır. Yayda isə insanlar su qıtlığına məruz qalır və səhralaşma nəticəsində torpağın deqradasiyası müşahidə olunur.

2015-ci ildə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) faktaraşdırıcı missiyası ölkəmizdə olub. Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı AŞPA tərəfindən 2016-cı ilin 26 yanvar tarixində, 2085 nömrəli qətnamə qəbul edilib.

U.Tağıyeva qeyd edib ki, Azərbaycanın 261 min ha sahəyə malik ən məhsuldar meşə fondu Ermənistanın işğalı altında olub:

“İşğal olunmuş ərazilərdə meşələrin qırılması həmin ərazidə ekoloji tarazlığın pozulmasına və Cənubi Qafqaz regionunda ekoloji qəzaların yaranmasına səbəb ola bilər. Bütün bu fəaliyyət bir çox beynəlxalq konvensiya və qərarların kobud şəkildə pozulmasıdır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 3.1-ci maddəsində açıq qeyd olunur ki, hər bir üzv dövlət (AR 1995-ci ildən qoşulub) indiki və gələcək nəsillər üçün mövcud iqlim sistemini və təbiəti qorumalıdır və buna görə konkret beynəlxalq məsuliyyət daşıyırlar.

Bundan əlavə, Sərhəd sularının və ümumi göllərin mühafizəsi üzrə Helsinki Konvensiyası, Biomüxtəlifliyin qorunması üzrə Konvensiya və digər beynəlxalq müqavilə və sazişlərin pozulmasına görə məsuliyyət daşımalıdırlar”.

Son xəbərlər

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər