Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. dogruxeber.tv bildirir ki, hadisə İsmayıl Şıxəliyev küçəsində qeydə alınıb. 1972-ci il təvəllüdlü Ağayeva Cəmilə Tahir qızı yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. (Apa.az)