Krım erməniləri Dağlıq Qarabağda döyüşə göndərilir













Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün hazırda Krım ərazisində könüllülərin toplanması üçün tədbirlər davam etdirilir.

dogruxeber.tv APA-nın məlumatına əsasən bildirir ki, "Krımın Yenidən İnteqrasiyası Assosiasiyası"nın (ARK) mütəxəssisləri bildirir ki, bu prosesə şəxsən "Krımın rəhbəri" Sergey Aksyonovun dəstək verir.

Ermənistan ordusunun səfərbərlik ehtiyatlarını artırmağa yönəlmiş bu fəaliyyətin təşəbbüskarı isə qondarma "Dağlıq Qarabağ Respublikası"nın keçmiş "Baş naziri" Anuşavan Danielyandır.

Ukrayna, Ermənistan və Rusiya vətəndaşlığı olan Danielyan, 1983-1998-ci illərdə Krımda yaşayıb, 1995-ci ilin iyulundan 1998-ci ilin aprelinə qədər Krım Muxtar Respublikasının Ali Radasının sədr müavini vəzifəsində çalışıb və “Krım Erməni Cəmiyyəti” nin rəhbəri olub.

Ona qarşı korrupsiya qalmaqallarından və ittihamlardan sonra Danielyan Ermənistan Respublikasına qaçıb.

Hazırda Danielyan Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının nəzarəti altında Krım ermənilərinin lobbiçilik fəaliyyətinə rəhbərlik edir, o 2014-cü ilin "Krım baharı" hadisələrində diasporun, eləcə də Ukraynanın şərqindəki münaqişədə döyüşmək üçün erməni Qarabağ muzdlularının cəlb olunmasında aktiv iştirak edib.

2020-ci il oktyabr ayının əvvəllərindən etibarən Krımın erməni icması erməni din və mədəniyyət xadimləri ilə birlikdə Krımın hakimiyyət nümayəndələrinin dəstəyi, ilk növbədə "Salem" qrupundan və Aksyonovun şəxsən köməyi ilə Krımda "azərbaycanlıların qurbanı olan erməniləri ehtiyacları üçün" yardım kampaniyası təşkil edib və ilk həftə ərzində təxminən 10 milyon rubl yığılıb.

Ayrıca, cəmiyyət Aksyonovun dəstəyi ilə erməni dini və mədəni qurumlarının yerləşdiyi Simferopol, Yevpatoriya, Feodosiya, Yalta və Sevastopol şəhərlərində könüllüləri - "Artsaxın müdafiəçiləri”ni toplamaq üçün kampaniya təşkil edib.

5 oktyabr 2020-ci il tarixindən etibarən Simferopol hava limanından Krımdan olan 150-dən çox "könüllü" Rostov-Don, Moskva, Krasnodar və Soçi üzərindən transferlə İrəvan hava limanına aparılıb. Bu "könüllülərin" bəziləri isə artıq döyüş əməliyyatlarında iştirak edir. Hazırda Krım ermənilərinin döyüş əməliyyatları zamanı itkiləri dəqiqləşdirilir.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər