gundem
3.09.2018, 11:10
Dağlıq Qarabağda erməni əsgər ölüb

Ermənistan ordusu daha bir hərbçisini itirib.
“dogruxeber.tv” erməni KİV-nə istinadən xəbər verir ki, hadisə işğal altındakı Dağlıq Qarabağ ərazisində yerləşən hərbi hissələrdən birində baş verib. Belə ki, sentyabrın 2-si axşam saatlarında 1996-cı il təvəllüdlü Vanik Qevorkyan naməlum şəraitdə dünyasını dəyişib. İlkin versiyaya görə, əsgər intihar edib.
Aysel Kərimova


