sosial
23.10.2020
DİN-dən əhaliyə Müraciət

Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil edib.
dogruxeber.tv bildirir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) yaydığı açıqlamada bildirilib.
"Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal "102" Xidmətini və ya yaxınlıqda xidmət aparan polis əməkdaşlarını məlumatlandırın. Düşmənin məkrli olduğunu unutmayaq. Vahid məqsəd uğrunda günbəgün sıxlaşan cərgələrimizlə Qələbə gününü daha da yaxınlaşdıraq. Qarabağ Azərbaycandır!", - məlumatda vurğulanıb.


