dunya
11.11.2020
Bəhreynin Baş naziri 84 yaşında vəfat edib

Bəhreynin Baş naziri Şeyx Xəlifə bin Salman əl-Xəlifə 84 yaşında vəfat edib.
dogruxeber.tv bildirir ki, Baş nazir bu gün ABŞ-da müalicə aldığı klinikada vəfat edib.
Baş nazirin ölümü ilə əlaqədar Bəhreyndə bir həftəlik matəm elan edilib və dövlət bayraqları yarıyadək endirilib.
Mənbə:Bəhreyn Xəbər Agentliyi


