“Qarabağın məşhur müəllimləri” - Lətif Kərimov















dogruxeber.tv Azərbaycan Respublikası Təhsil Nazirliyinə istinadən bildirir ki, Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti tarixi siması Lətif Kərimovdur. O,1906-cı ildə Şuşa şəhərində anadan olub.

Lətif Kərimov Azərbaycanda xalçaçılıq elminin banisidir.

Azərbaycan Respublikası Elmlər Akademiyasının (indiki AMEA) Memarlıq və İncəsənət İnstitutunda ayrıca xalça sənəti şöbəsini açmağa nail olub, ömrünün sonunadək həmin şöbənin rəhbəri kimi çalışıb, eyni zamanda, M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) pedaqoji fəaliyyətlə məşğul olub.

Xalça sənətinə məhəbbəti olan Lətif Kərimovun ilk dəfə olaraq Bakıda və Qubada (1932–1936) xalça məktəblərinin açılmasında böyük zəhməti olub. Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və peşəkar xalçaçı rəssamların yetişdirilməsi məhz onun adı ilə bağlıdır. Həm tələbkar, həm də mərhəmətli müəllim olub.

O, təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərib. Görkəmli sənətkar Azərbaycan xalçalarına əsl mənada ikinci ömür verib, onların dünya miqyasında tanıdılmasında böyük işlər görüb. Böyük sənətkarın təşəbbüsü ilə 1967-ci ildə Azərbaycan Xalça Muzeyinin əsası qoyulub, 26 il sonra isə muzeyə onun adı verilib.

“Şuşa havamdır” deyən Lətif Kərimov, “Ən sevimli xalçanız hansıdır?” sualına belə cavab verib:

“Özümün yaratdığım bütün xalçalar mənim üçün əzizdir”.

Qeyd edək ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər