sosial
13.11.2020
Qarabağda xristian abidələri də təmir olunacaq - RƏSMİ

Mədəniyyət Nazirliyi işğaldanazad edilən ərazilərdəki tarixi abidələrlə bağlı bəyanat yayıb.
dogruxeber.tv xəbər verir ki, bəyanatı nazirin birinci müavini Anar Kərimov özünün rəsmi "Twitter" hesabında paylaşıb:
"Azad olunan ərazilərdə İslam abidələri ilə yanaşı, mənşəyindən asılı olmayaraq, Xristan abidələri də bərpa ediləcək,qorunacaq və istifadəyə veriləcək".


