hadise
14.11.2020
Göyçayda maşın yandı

Göyçay rayonunda maşın yanıb.
dogruxeber.tv bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.Bildirilib ki, “Daewoo” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan “VAZ” markalı minik avtomobilinin də arxa hissəsi qarsalanıb.
Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


