idman
2.12.2020
“Qarabağ”ın məşqçisi: “13-14 sağlam futbolçumuz var”

“Hazırda sərəncamımızda az sayda sağlam oyunçu var. Son olaraq Mahir Emreli də koronavirusa yoluxub".
DogeuXeber.az bildirir ki, bunu “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov Avropa Liqasının V turunda İsrailin “Makkabi” (Təl-Əviv) klubuna qarşı keçiriləcək oyundan əvvəl mətbuat konfransında deyib.
Baş məşqçi Qurban Qurbanov koronavirusa yoluxduğu üçün komandanı Türkiyədəki matçda meydana çıxaracaq Rəhmanov heyətlə bağlı ciddi problemlər yaşadıqlarını söyləyib: “Hazırda 13-14 sağlam futbolçumuz var. Dua edirik ki, onlar sabah tam hazır olsunlar”.
(Apa.az)


