“Harınlamış məmurlara islahatlar təsir etmir”
















Hüquq-mühafizə orqanlarının Cəlilabad Rayon İcra Hakimiyyətində həbslərlə müşayiət xüsusi əməliyyat keçirməsi yenidən diqqəti icra başçılarının fəaliyyətinə yönəldib.

dogruxeber.tv Yenisabah.az-a istinadən xəbər verir ki, artıq bu sahəyə məsul olan yüksək vəzifəli şəxslərin fəaliyyətinin araşdırılması gündəmə gəlib. Özü də bu təklifi irəli sürənlər hakimiyyət düşərgəsini təmsil edən şəxslərdir.

Məsələn, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, keçmiş icra başçısı Musa Musayev bildirib ki, Cəlilabadın icra başçısının və onun tabeliyində olan şəxslərin həbsi bu sahəyə məsul olan PrezidentAdministrasiyasının Regional İdarəetmə və Yerli Özünü İdarəetmə Orqanları ilə İş Şöbəsinin fəaliyyətinin qeyri-qənaətbəxş olduğunu deməyə əsas verir.

“Cəlilabad Rayon İcra hakimiyyətinin başçısının və digər şəxslərin həbsi həm də onu göstərir ki, harınlamış məmurlara islahatlar təsir etmir və onlarda qorxu hissi yoxdur”, - deyə Musa Musayev əlavə edib.

Hakim partiya təmsilçisinin məsələyə bu sayaq sərt yanaşması təsadüfi deyil. 2019-cu ildən bu yana anti-korrupsiya əməliyyatları çərçivəsində 4 icra başçısı həbs edilib. İctimai rezonans doğuran bu həbslərin, eyni zamanda Prezident İlham Əliyevin həbs olunan icra başçıları barədə kəskin açıqlamaları, digər məmurlara barmaq silkələməsi, heç kimə güzəşt olunmayacağını bəyan etməsi artıq yerli hakimiyyətlərinin qanunsuz əməllərdən çəkinəcəyinə ümidləri artırmışdı. Amma son həbs göstərdi ki, hələ də baş verənlərdən nəticə çıxamayanlar var və bu məmurların çoxu həm də YAP-ı təmsil edir. Ona görə də Musa Musayevin timsalında hakim partiyanın yaranmasında əməyi olanlar baş verənlərə daha sərt formada reaksiya verir.Hüquq-mühafizə orqanlarının Cəlilabad Rayon İcra Hakimiyyətində həbslərlə müşayiət xüsusi əməliyyat keçirməsi yenidən diqqəti icra başçılarının fəaliyyətinə yönəldib.

Yenisabah.az xəbər verir ki, artıq bu sahəyə məsul olan yüksək vəzifəli şəxslərin fəaliyyətinin araşdırılması gündəmə gəlib. Özü də bu təklifi irəli sürənlər hakimiyyət düşərgəsini təmsil edən şəxslərdir.

Məsələn, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, keçmiş icra başçısı Musa Musayev bildirib ki, Cəlilabadın icra başçısının və onun tabeliyində olan şəxslərin həbsi bu sahəyə məsul olan PrezidentAdministrasiyasının Regional İdarəetmə və Yerli Özünü İdarəetmə Orqanları ilə İş Şöbəsinin fəaliyyətinin qeyri-qənaətbəxş olduğunu deməyə əsas verir.

“Cəlilabad Rayon İcra hakimiyyətinin başçısının və digər şəxslərin həbsi həm də onu göstərir ki, harınlamış məmurlara islahatlar təsir etmir və onlarda qorxu hissi yoxdur”, - deyə Musa Musayev əlavə edib.

Hakim partiya təmsilçisinin məsələyə bu sayaq sərt yanaşması təsadüfi deyil. 2019-cu ildən bu yana anti-korrupsiya əməliyyatları çərçivəsində 4 icra başçısı həbs edilib. İctimai rezonans doğuran bu həbslərin, eyni zamanda Prezident İlham Əliyevin həbs olunan icra başçıları barədə kəskin açıqlamaları, digər məmurlara barmaq silkələməsi, heç kimə güzəşt olunmayacağını bəyan etməsi artıq yerli hakimiyyətlərinin qanunsuz əməllərdən çəkinəcəyinə ümidləri artırmışdı. Amma son həbs göstərdi ki, hələ də baş verənlərdən nəticə çıxamayanlar var və bu məmurların çoxu həm də YAP-ı təmsil edir. Ona görə də Musa Musayevin timsalında hakim partiyanın yaranmasında əməyi olanlar baş verənlərə daha sərt formada reaksiya verir.

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər