Azərbaycan səfiri Ayvazyana sərt cavab verdi















Dekabrın 7-də Hanoy şəhərində Vyetnam Xarici İşlər Nazirliyi və BMT-nin birgə təşkilatçılığı ilə “Sülhün bərqərar olunmasında və qorunmasında qadınların rolunun gücləndirilməsi: öhdəliklərdən nəticələrə doğru” adlı Beynəlxalq Konfransın açılış mərasimi keçirilib.

Bu barədə Azərbaycanın Vyetnamdakı səfirliyindən məlumat verilib

Tədbir həm fiziki, həm də virtual formatda təşkil olunmuş və açılış mərasimində müxtəlif ölkələrin xarici işlər nazirləri və nazir müavinləri, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri, müxtəlif QHT-lərin təmsilçiləri və ekspertlər iştirak ediblər.

Tədbirdə Ermənistan xarici işlər naziri Ara Ayvazyan çıxış edərək 27 sentyabr tarixindən etibarən Ermənistanın növbəti təcavüzünə cavab olaraq Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatı ilə bağlı məsələləri təhrif olunmuş şəkildə çatdırmış, doğru olmayan məlumatları tədbir iştirakçılarına təqdim edib, Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürüb.

Ermənistan xarici işlər nazirinin çıxışına cavab olaraq Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov söz almış və Beynəlxalq Konfrasdan sui-istifadə edərək Azərbaycan və Türkiyəyə qarşı ittihamların irəli sürülməsinin qəbuledilməzliyini vurğulamışdır. Ermənistan nazirinin ittihamlarını qətiyyətlə rədd edən səfir Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20%-nin işğal olunmasının beynəlxalq ictimaiyyətə məlum fakt olduğunu vurğulamışdır. O, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərindən təcili, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin qəbul edildiyini, bu sənədlərin 27 il ərzində kağız üzərində qaldığını və diplomatik yolla onların həyata keçirilməsinə nail olunmadığını təəssüflə tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Daha sonra səfir A.İmanov cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin davamlı pozulmaqlarına cavab olaraq 44 gün davam edən Vətən müharibəsinin nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etdiyini və müvafiq qətnamələrin icrasının təmin edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və kəndlərini atəşə tutması nəticəsində dinc əhali, xüsusəndə qadın və uşaqlar arasında böyük sayda həlak olan və yaralanların olduğunu bildirmişdir. Həmçinin səfir Xocalı soyqırımı barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Çıxışın sonunda səfir Ermənistan rəsmilərini Azərbaycanı ittiham etmək əvəzinə güzgüyə baxmağa çağırmışdır. A.İmanov güzgüyə baxarkən onların hərbi cinayətkar görəcəklərini vurğulamışdır.
(Axar.az)

Oxunub: 697

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər