Azərbaycan XİN sözçüsü Ermənistanın xarici işlər nazirinə cavab verdi - RƏSMİ






Azərbaycan XİN sözçüsü Ermənistanın xarici işlər nazirinə cavab verdi Leyla Abdullayeva: "Zaman gözləmir və o, işğalçı ölkə olan Ermənistana qarşı işləyir"

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinın rəhbəri Leyla Abdullayeva Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın İsrailin KAN NEWS dövlət televiziya kanalına müsahibəsində İsrailin silah ticarətinin erməni xalqının məhvinə gətirdiyini, habelə bölgədə silah yarışının sülh və təhlükəsizliyin qurulmasına xidmət etmədiyi barədə şərhlərinizi mövqe aqılayıb.

XİN-in mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, bölgədə silah yarışından danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, bu, Azərbaycan ərazilərinin beşdə birini zəbt edən və hərbi işğal altında saxlayan Ermənistan Respublikasının işğalçı siyasətinin nəticəsidir: "Azərbaycanın işğal olunmuş ərazilərində tam etnik təmizləmənin həyata keçirilməsi vəziyyəti daha da ağırlaşdırır. Yəni burada söhbət bölgədə baş verən hadisələrin səbəb-nəticə əlaqələrindən gedir. Ərazi iddiaları, hərbi təcavüz və işğal, etnik təmizləmə siyasəti olmadığı təqdirdə, hər hansı silah yarışına da lüzum olmur və bu da bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına gətirir".

Daha sonra XİN-dən bildirilib: "Ermənistan xarici işlər naziri öz müsahibəsində, həmçinin qeyd edir ki, Ermənistan bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına, habelə bütün tərəfləri qane edəcək əsaslarda münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Lakin, “bütün tərəfləri qane edəcək” həll yolunun məqbulluğundan danışan nazir Mnatsakanyan bilərəkdən beynəlxalq ictimaiyyətin Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal, tam və qeyd-şərtsiz azad olunması, öz evlərindən zorla qovulmuş azərbaycanlı əhalinin, o cümlədən münaqişənin həllində maraqlı iki tərəfdən biri olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bu ərazilərə geri qayıtması ilə bağlı prinsipial mövqeyini gizlədir. Məlum olduğu kimi, beynəlxalq təşkilatların bütün müvafiq qərar və qətnamələrində, o cümlədən, ilk növbədə BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrində Azərbaycanın suverenliyinə və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək ifadə olunur.

Hazırda hələ ki, siyasi iradənin nümayiş etdirilməsi yolu ilə münaqişənin sülh yolu ilə həlli üzrə müvafiq şərtlərin əldə olunması üçün danışıqlar prosesinin irəli aparılmasında konkret nəticələr əldə emək olar. Azərbaycan, eləcə də bütün beynəlxalq ictimaiyyətin Ermənistanın siyasi rəhbərliyindən gözləntisi budur. Lakin zaman gözləmir və aydındır ki, o, işğalçı ölkə olan Ermənistana qarşı işləyir".

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər