gundem / siyaset
27.02.2019
Azərbaycan XİN Ermənistanın müdafiə nazirinə cavab verib

Ermənistanın müdafiə nazirinin 27 il əvvəl ölkəsinin Xocalı şəhərinin dinc əhalisinin soyqırımını həyata keçirdiyi gündə hücum silahları alınması haqqında bəyanatı təcavüzkar siyasətin açıq-aşkar göstəricisidir. Bu barədə Azərbaycan XİN-in Ermənistanın hərbi idarəsinin rəhbəri David Tonoyanın çıxışına cavabında bildirilir.
“Ermənistan müdafiə nazirinin bu bəyanatı beynəlxalq ictimaiyyətə kimin həqiqətən sülh istədiyini, kimin təcavüzkar siyasət həyata keçirərək, hücum xarakterli silah əldə etdiyini açıq-aşkar göstərir”, deyə XİN-in bəyanatında bildirilir.
Xatırladaq ki, Tonoyan Ermənistanın Azərbaycanın hücumunu gözləməyəcəyini və lazım bilərsə, ilk olaraq özünün hücuma keçə biləcəyini bildirib. (Turan)


