sosial
10.12.2020
Fuad Nağıyevdən şəhidlərlə bağlı paylaşım + FOTO

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qurumun şəhid olan əməkdaşları barədə paylaşım edib.
O, bununla bağlı “Twitter” hesabında yazıb.
“Dövlət Turizm Agentliyinin tabeliyində olan Mingəçevir Turizm Kollecinin beş tələbəsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərdə canlarından keçərək şəhidlik zirvəsinə ucalıb.
Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyir, hər birini qürurla anırıq!”, - deyə o qeyd edib.


