gundem / sosial
11.12.2020, 11:24
Azərbaycanda hərbi vəziyyət ləğv edildi - RƏSMİ

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı barədə sənəd müzakirəyə çıxarılıb.
dogruxeber.tv "Report"a istinadən xəbər verir ki, sənədə əsasən, Azərbaycanda 2020-ci il dekabrın 12-si saat 00:00-dan hərbi vəziyyət ləğv olunacaq.
Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.


