Toy mərasimi keçirilən restoran hansı məmura məxsus olub?















“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Ramiz Mehdiyevin taleyini yaşaya bilər.

dogruxeber.tv Yenisabah.az-a istinadən xəbər verir ki, blogger Ata Abdullayev Abşeron rayonu ərazisində fəaliyyət göstərən Şamlıq restoranında çəkiliş aparıb. Videodan görünür ki, restoranda toy mərasimi təşkil olunub.

Ata Abdullayev çəkiliş apararkən bir neçə dəfə restoranın Qorxmaz Hüseynova məxsus olduğunu bildirib.

Videonun sosial şəbəkələrdə və internet mediada tirajlanmasına baxmayaraq hələ ki, “Azərsu” ASC-dən heç bir reaksiya verilməyib.

Fakt təsdiqini tapacağı təqdirdə Qorxmaz Hüseynovun karyerasına son qoyula bilər. Amma bəzi məlumatlara görə, restoranın “Azərsu” rəhbərinə aidiyyəti yoxdur. Bu iddialar o qədər də inandırıcı görünmür. Hər halda toy mərasimi başlamamış bundan xəbər tutan və dərhal ora gələrək çəkiliş aparmaqla yanaşı Abşeron Rayon Polis Şöbəsinə məlumat verən Ata Abdullayev kifayət qədər hazırlıqlı görünür. Aydın şəkildə sezilir ki, o, həm restoran, həm də toy mərasimini təşkil edənlər barədə detallı şəkildə məlumatlandırılıb.

“Azərsu”nun da susması məsələnin bu və ya digər formada Qorxmaz Hüseynova aidiyyatı olmasına şübhələri artırır.

Karantin müddətində belə bir addım atmağın cəzası ağır ola bilər. Ortada Ramiz Mehdiyev nümunəsi var. AMEA prezidenti siyasi postunu elmi təsisata dəyişsə də, hələ də kifayət qədər güclü fiqur hesab edilir. Amma buna baxmayaraq, karantin müddətində kürəkəni, keçmiş deputat İlham Əliyev qızına toy etdiyi üçün inzibati qaydada həbs olundu. Onunla birgə qudası Rövşən Mustafayev də inzibati təcridxananı “ziyarət” etməli oldu. Ramiz Mehdiyev isə prosesə nəinki mane ola bilmədi, hətta özünə qarşı ittihamları belə, neytrallaşdıra bilmədi. Təxminən 1 ay media bu məsələdən yazdı, deputatlar, ayrı-ayrı ictimai-siyasi fiqurlar bu barədə danışdı. Əsas hədəfdə isə təbii ki, Ramiz Mehdiyevin özü idi.

Qorxmaz Hüseynov Ramiz Mehdiyev qədər çəkili fiqur hesab edilmir. Bu baxımdan, restoranın “Azərsu” sədrinə məxsus olması barədə iddialar doğrudursa, onun Ramiz Mehdiyevdən də pis vəziyyətə düşəcəyi şübhəsizdir.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər