dunya
14.12.2020
Fransa və ABŞ-dan olan həmsədrlər Ermənistan XİN başçısı ilə görüşüb

ATƏT-in Minsk Qrupunun Fransa və ABŞ-dan olan həmsədrləri İrəvanda Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşüblər.
dogruxeber.tv xəbər verir ki, Ermənistan XİN-in mətbuat xidməti görüşün həmsədrlərin regiona səfəri çərçivəsində baş tutduğu barədə məlumat yayıb.Qeyd edək ki, Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov xəstələnməsi səbəbindən regiona səfər etməyib.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və Rusiyanın Ermənistandakı müvəqqəti işlər vəkili də iştirak edib.


