idman
17.12.2020
“Neftçi”də vəziyyət düzəlir: Cəmi üç futbolçu müalicə alır

“Neftçi”də koronavirusa kütləvi yoluxma ilə bağlı situasiya qaydasına düşüb.
Klubdan Oxu.Az-a verilən məlumata görə, flaqmanda yalnız fransalı Stiven Jozef-Monroz, albaniyalı Bruno Teluşi və ehtiyat qapıçı Kamran İbrahimov koronavirusdan ev şəraitində müalicə alır.
Digər futbolçular, eləcə də baş məşqçi Samir Abbasov sağalıb. Onlar artıq komanda ilə birgə məşqlərdə iştirak edirlər.
Qeyd edək ki, “Neftçi” dekabrın 20-də Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində “Sabah” klubunun qonağı olacaq. Görüş saat 17:15-də başlayacaq.


