DİQQƏT: Bu ay 190 manat hamıya veriləcək?








"Cari ilin ilk 6 ayında büdcə-maliyyə öhdəlikləri artıqlaması ilə icra edilib. Belə ki, ilk 6 ayda büdcə gəlirləri 11 mlrd. 684,5 mln. manat olaraq proqnozlaşdırılsa da, büdcə daxil olmaları 12 mlrd. 22,7 mln. manat təşkil edib. Lakin ölkənin hərbi müdafiə qabiliyyəti başda olmaqla, COVID-19 pandemiyasının yaratdığı sosial məsuliyyətlər, səhiyyə sisteminin ehtiyaclarının artması, karantin rejimi ilə əlaqədar axsayan sahələrə yardımların edilməsi kimi reallıqlar büdcə dəyişikliyinə səbəb oldu".

dogruxeber.tv xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında iqtisadçı Cavid Süleymanov bildirib. O deyib ki, 2020-ci ilin dövlət büdcəsinin gəlir hissəsi 24 mlrd. 124 mln. manat, xərclər hissəsi isə 27 mlrd. 492,2 mln. manat təşkil edəcəyi təxmin edilib:

"Yəni, 3 mlrd. 368,2 mln. manat səviyyəsində büdcə kəsri ortaya çıxır. Pandemiya dövrünün yaratdığı yeni fiskal mənzərəni nəzərə alsaq, büdcə kəsrinin ÜDM-yə olan nisbətini digər ölkələrlə müqayisədə olduqca qənaətbəxş hesab etmək olar. Bu rəqəm qətiyyən qorxulu bir rəqəm deyil. Bununla birlikdə, büdcə kəsrinin maliyyələşməsində hər hansı problem yaşanacağı gözlənilmir.

Bütün bunların nəticəsi kimi 190 manat vəsaitin verilməsi büdcə üzərində ciddi yük deyil. Büdcəyə edilən dəyişiklər sırasında sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyi məqsədi ilə 238 mln. əlavə vəsait cəlb edilib. Bu da hardasa 636 min insana 2 ay müddətində bir dəfəlik yardım üçün yetərli məbləğin olması deməkdir. Azərbaycanın büdcə-fiskal öhdəliklərinin vaxtı-vaxtında icra etməsi, büdcənin dəyişim dinamiklərinin yeni çağırışlara və zəruri ehtiyaclara uyğun dəyişməsi və büdcə kəsri kimi iqtisadi situasiyalar qarşısında effektiv davranmasını göz önündə tutaraq, 190 manat məbləğində olacaq birdəfəlik ödənişlərin, büdcə mexanizmi üzərində ciddi yük olmadığı görülməkdədir.

Birdəfəlik ödəniləcək 190 manat, minimum istehlak səbəti əsasında hazırlanıb. Dünya praktikasında da görülüb ki, birdəfəlik sosial yardımların məbləği minimum əmək haqqı və ya ortalama əmək haqqı üzərindən deyil, minimum istehlak səbəti üzərindən aparılır. Təbii ki, bu məbləğin həcmi, ortalama yaşam standartları ilə müqayisədə, müzakirəyə açıq bir məsələdir. Lakin pandemiya mühitində formalaşmış iqtisadi davranışları da nəzərə alsaq, sadəcə zəruri mal və ehtiyacların marjinal fayda qədər istehlak edilməli olduğu dönəmdə, bu vəsait hesabına ehtiyacları qarşılamaq mümkündür. Yəni, bu məbləğ, ictimai iaşə obyektlərinin bağlı olduğu, küçəyə çıxmağın məhdud olduğu bu dönəmdə sadəcə, qida, tibbi təchizat və zəruri ehtiyacların ödənilməsində istifadə ediləcəyi təqdirdə fərd başına yetərli sayıla bilər".

Oxunub: 509

Son xəbərlər

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq

Pirallahıda piyadanın vurulması ölümlə nəticələnib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Azərbaycan bank sektorunun uğurları və riskləri

Yağışlı Bakının tıxaclı yolları – SİYAHI

Məğlub oldu deyə rəqibinə şillə vurdu

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Bütün xəbərlər