Barəsində cinayət işi açılıb, direktor işləyir... - Lerik təhsilində nə baş verir?
 
 
 
 
 
 
Lerik rayonunun M.Qafarov adına Siyov kənd tam orta məktəbinin direktoru İlham Əvəz oğlu Əmirov barəsində özünə və digər şəxslərə saxta pensiya düzəltdiyi üçün cinayət işi açılmasına baxmayaraq, hələ də vəzifəsini icra edir.

Bu barədə Axar.az-a məktəbin müəllimi Əhliman Zeynalov deyib. O bildirib ki, bununla bağlı Təhsil Nazirliyinə bir neçə dəfə müraciət edilsə də, direktor barədə tədbir görülməyib:

"İlham Əmirovun saxta pensiya düzəltdirməsi ilə bağlı cinayət işi açılıb. Biz kollektiv olaraq nazirliyə direktorun işdən azad edilməsi üçün məktub göndərdik, lakin heç bir tədbir görülmədi. Hətta Təhsil Şöbəsi də bu məsələyə qarışmadı. Direktorun Təhsil Nazirliyində yaxın qohumu olduğuna görə işdən azad edilmədiyi bildirilir. Həm rüşvət verdiyi üçün, həm də dələduzluğuna görə İlham Əmirova qarşı cinayət işi açılıb. Direktorun kimdən rüşvət alması və kimlərə rüşvət verməsi barədə iş gedir”.

Əhliman Zeynalovun iddiasına cavab verən məktəb direktoru İlham Əmirov isə saytımıza bildirib ki, barəsində deyilənlər şər-böhtandır:

"O müəllim 5-6 ildir mənə böhtan atır. Buna görə onu məhkəməyə də vermişdim və Əhliman Zeynalov cərimələnmişdi. Amma yenə də iddialarından əl çəkmir və məni şantaj edir. Buna görə yenə də məhkəməyə müraciət edəcəyəm. Mənim haqqımda cinayət işi açılması və hazırda işin davam etdirilməsi yalan məlumatdır. Mən xəstələnmişdim və buna görə pensiya düzəltdirmişdim. Sonradan sağaldığım üçün pensiya dayandırıldı. Kim özü üçün saxta pensiya düzəltdirə bilər?! Mən həkim deyiləm, komissiya üzvü deyiləm. Düzdür, barəmdə 2016-cı ildə cinayət işi olmuşdu. Lakin 2 il sonra, 2018-ci ildə Ali Məhkəmədə mənim günahsız olmağım sübuta yetirildiyi üçün bəraət qazandım və vəzifəmi icra etməyə davam etdim. Hətta buna görə işləmədiyim 2 illik əmək haqqımı da almışam”.

Baş Prokurorluğun mətbuat xidmətindən isə saytımıza İlham Əmirovla bağlı istintaqın davam etdirildiyi bildirilib:

"Lerik rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlamaqla hazırda istintaq aparılır. Bununla bağlı məlumat istintaq sirri daşıdığı üçün verilmir”.

Məsələ ilə bağlı danışan hüquqşünas Səməd Vəkilov bildirib ki, direktor bu əməllərinə görə vəzifədən azad edilməli və cinayət sübuta yetirilərsə, 11 il müddətində həbs edilməlidir:

"Bu məsələ yalnız rüşvətvermə və dələduzluq maddəsi ilə bitə bilməz. Çünki burada kompleks cinayətlər baş verib. Saxta yolla pensiya düzəldilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları da iştirak ediblər. Vəzifəli şəxslərin də bu cinayətdə iştirakı ilə yanaşı, sənədlərin saxtalaşdırılması halı var. Buna görə də Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş vəzifə saxtakarlığı və bilə-bilə rəsmi sənədlərə saxta məlumatlar daxil etmə və o cümlədən rəsmi sənədləri qanunsuz hazırlama maddələri ilə cinayət işi açılmalıdır.

Burada bir qrup şəxs tərəfindən həm dələduzluq, həm vəzifə saxtakarlığı törədilməsini nəzərə alsaq, bu, ağır cinayətdir. Cəzaların toplam məcmusu ilə qiymətləndirsək, direktor 11 ilə yaxın həbs edilə bilər”.

İlham Əmirovla bağlı səsləndirilən iddialarla əlaqədar Təhsil Nazirliyinə də sorğu göndərilib.

Qeyd edək ki, 2019-cu ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi direktorun saxta pensiya düzəltməsi barədə məlumat yaymışdı.

Oxunub: 718

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər