Yanvarın 5-dən Aİ-92 avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri ilə bağlı yeni tariflər tətbiq edilərkən, dəyişiklikdən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyənləşdirilməsi, qarşısının alınması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xəbərdarlıq edildi. Rəsmi qurum bəyan etdi ki, nəzarət tədbirləri zamanı qanun pozuntusu halları aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək.

Bununla belə, bazar və marketlərdə hələ də qiymət artımı müşahidə olunur. Məsələni daha yaxından araşdırmaq üçün bazar və marketlərdə olduq.

Məlum oldu ki, qiymət artımı əsasən kənd təsərrüfatı məhsullarında özünü göstərir. Belə ki, əvvəllər 65-70 qəpiyə satılan yerli kartof 80 qəpiyə, soğan isə 85-90 qəpiyə qədər artıb. Bəzi yerlərdə hətta soğan 1 manata qədər bahalaşıb. Unun qiyməti də artıb. Əvəllər 50 kq-lıq un kisəsi 27 manata satılırdısa, indi qiymət 32-33 manat olub. Bu səbəbdən bəzi marketlərdə çörəyin qiyməti də artıb. Belə ki, əvvəllər 50 qəpiyə satılan çörək indi 53-55 qəpiyə satılır. Supermatketlərdə yumurtanın qiyməti 16 qəpik, kənd yumurtasının 1 ədədinin qiyməti isə 25,5 qəpik olub. Digər gündəlik tələbat məhsllarında, o cümlədən şəkərin və qəndin qiymətində də artım müşahidə etdik. Bundan əvvəl 90-95 qəpiyə satılan şəkər tozunin 1 kilosu indi 1 manat, qəndin qiyməti isə 1,75-80 qəpik olub.

Beləliklə, bu qiymət artımı nə qədər davam edəcək? Dövlət qurumunun xəbərdarlığı öz təsirini göstərə biləcəkmi?

İqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı Musavat.com-a danışıb: "Ümumiyyətlə, süni qiymət artımı anlayışını Azərbaycanda dövriyyədən çıxartmaq lazımdır. Və yaxud hökumət etiraf etməlidir ki, Azərbaycanda bazar iqtisadiyyatıdır, burada süni qiymət artırmaq olmaz, ya da süni şəkildə inhisarçılığın olması ilə bağlı mübarizə aparmalıdır. Yəni süni qiymət artımı anlayışı bazar iqtisadiyyatı, rəqabət olan yerdə mümkün deyil.

Məlum olduğu kimi, bazar oyunçularının sayı yüzlərlədir. Bu gün minlərlə marketlər, satış nöqtələri var. Bazar iqtisadiyyatı qaydalarına görə onlar sövdələşib süni qiymət artımına gedə bilməzlər, yəni bu mümkün deyil. Yox, əgər hökumətin bildiyi və elan etmədiyi inhisarçılar var ki, əsasən də topdansatış bazarına nəzarət edirlər, onlarda hansısa sövdələşmələr varsa, bununla bağlı tədbirlər görülə bilər. Amma bildiyim və gördüyüm qədər əsasən pərakəndə satış nöqtələrinə reydlər olur ki, bu da ümumiyyətlə, məntiqsizlikdir və heç bir iqtisadi məsələlərlə ölçmək mümkün deyil. Yəni mal sahibi mənəmsə, bunu istədiyim qiymətə sata bilərəm, rəqabətli mühit olmalıdır ki, qiyməti artırmayım. Beləliklə, sanki hökumət tərəfindən sovetdən qalma bir yanaşma var".

Natiq Cəfərli qeyd edib ki, yanacağın qiymətinin artması ilə bazarda qiymətlərin artması gözlənilən idi: "Əgər artım olmasaydı, bu, təəccüblü olardı. Çünki kənd təsərrüfatı məhsullarının istehsalından tutmuş, tarladan süfrəyə qədər olan zəncirdə maya dəyərinin 30 faizini nəqliyyat xərcləri təşkil edir. Nəqliyyat xərcləri də əsasən dizel yanacağı ilə bağlıdır. Dizel yanacağının qiymətinin birdən-birə 34 faizə qədər qalxması təbii ki, kənd təsərrüfatı məhsullarının qiymətinə təsir edəcək, necə ki, biz bunu indi müşahidə edirik. Beləliklə, yanacağın qiyməti artırsa, bununla bərabər kənd təsərrüfatı məhsullarının istehsal xərcləri artacaq, hətta xaricdən gətirilən məhsulların da qiyməti artacaq, çünki onların daşınması üçün istifadə olunan nəqliyyat xərcləri artıb. Buna görə də süni qiymət artımı anlayışı qəbuledilməzdir”.

Natiq Cəfərlinin sözlərinə görə, yaxın aylarda kənd təsərrüfatı məhsullarının qiymətində yenidən artım olacağı gözlənilir: "Gələcəkdə dizelin qiymətinin bu qədər artmasının nəticəsi olaraq daha çox qiymət artımı gözlənilir. Çünki anbarlarda yığılıb qalmış, əvvəlki plagistik xərclər hesabına gətirilmiş məhsullar var. Bir azdan yaz aylarında yeni məhsul istehsalına başlanılacaq. Yeni məhsulun əkilib-biçilməsinə, gətirilməsinə daha çox yanacaq sərf olunacaq. Yanacağın qiymətinin artması isə məhsulun maya dəyərinin yüksəlməsində əsas amilə çevriləcək. Beləliklə, mart ayından etibarən ölkədə kənd təsərrüfatı məhsullarında artım gözlənilir”.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər