gundem
2.02.2021
Hərbi Prokurorluğunun saxlanılmasına xərclənən vəsait məlum olub
![]()
2020-ci il üçün Azərbaycan Hərbi Prokurorluğunun saxlanılması xərcləri 11 493 646 manat olub.
"Report”un əldə etdiyi məlumata görə, bu, 2019-cu illə müqayisədə 383 174 manat çoxdur.
2019-cu ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna 11.110.472 manat xərclənib.
Qeyd edək ki, 2020-ci il üçün Azərbaycan prokurorluq orqanlarının saxlanılması xərcləri 70 098 434 manat, o cümlədən Baş Prokurorluğun saxlanılması xərcləri 56 675 050 manat və təhsil xərcləri isə 1 929 738 manat olub.


