“Qarabağda ermənilərə Rusiya vətəndaşlığı vermək planlaşdırılır” - TƏHLÜKƏ!





Rus dilinin Qarabağda qondarma rejim rəhbəri tərəfindən rəsmi dil elan edilməsi bir çox qaranlıq mətləbərin üstünü açır, ancaq biz, hələ də arzularımızı reallıq kimi görməkdə davam edirik”.

Bunu Cebhe.info-ya açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) siyasi şurasının üzvü, hüquqşünas Vüqar Dadaşov Qarabağda qondarma rejimin rus dilinin rəsmi dil elan edilməsinə münasibət bildirərkən deyib. Hüquqşünas bildirib ki, bu məsələ, nə Ermənistanla, nə də Araik Arutunyanla bağlı iş deyil:

“Təbii ki, Rusiyanın məsuliyyət zonasında razılığı olmadan Araikin belə bir addımı mümkünsüzdür və bu baş verənlər təxribat sayılmamalıdır.

Qarabağda rus dili ilə bağlı şahidi olduğumuz proses ümumən Rusiya dövlət siyasətinin tərkib elementi kimi, ən sərfəli və uzunmüddətli perspektivə hesablanmış siyasi hədəfli yeni mərhələdir hansı ki, Rusiya bu məlun "dil" kartından Qarabağda da istifadə etmək niyyətindədir.

Xatırladaq ki, Rusiya postsovet ölkələri ərazisində siyasi məqsədləri üçün ən əlverişli vasitə kimi məhz "rus dilli əhalinin müdafiəsi" adı altında faktiki işğalçılıq siyasətini gerçəkləşdirdi. Rusiya Moldovanın Dnestryanı əyalətinə, Gürcüstanın Abxaziya və Osetiyasına, Ukraynanın Krımına və Donbasına ordu yeritməsi məhz rus dilli əhalinin müdafiə altında baş tutub.

Məlumdur ki, Azərbaycanda Qarabağda 44 günlük müharibədən öncə, Rusiyanın rus dilindən bir siyasi vasitə kimi olaraq istifadəsi mümkünsüz idi baxmayaraq ki, məhz Rusiya Qarabağı erməni sifəti ilə 90-cı illərdə işğal etmişdi. Ancaq indi, 44 günlük müharibədən sonra Qarabağda 90-cı illərdən tam fərqli bir situasiya meydana gəlib və strateji baxımdan Rusiyanın Qarabağda daimi mövcudluğu ancaq rus dilli əhalinin və Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmini adı ilə mümkün görünür. Məlumdur ki, Rusiya bundan sonra Qarabağda ermənilərə rus vətəndaşlığı verməyi planlaşdırır. Görünən odur ki, baş verənlərə qədər narahatçılıqlarımız tam əsaslı imiş və Rusiya daha təhlükəli prosesə start verdi, təbii ki, növbəti mərhələdə isə yerli erməni əhalisinin rus dilinin kütləvi öyrədilməsi üçün rus dili tədris müəssisələri yaradılacaq”.

Partiya fuksionerinin sözlərinə görə, Rusiyanın öz siyasi məqsədləri üçün hər bir mümkün əxlaqi, qeyri-əxlaq, mədəni, iqtisadi-sosial, elmi, dil və ədəbiyyatdan geniş istifadə etdiyini tarix sübut edir:

“Rus dövləti öz qadınlarından belə, siyasi məqsədlərlə istifadəsi artıq dünya miqyasında qəbul edilmiş faktdır. Bu baxımdan rusların Qarabağda rus dilindən siyasi hədəfləri üçün istifadə etməsi tam aydın və şübhəsizdir. Hələ 2019-cu ilə mətbuatda geniş yayımlanmış məqaləmdə rus dilinin Azərbaycan xalqı və dövləti üçün təhlükə mənbəyi olması haqqında yazmışdım və gördüyümüz kimi, heç də yanılmamışam.

Ancaq o vaxtın və zamanın gələcəyinə əminəm ki, buz də bir dövlət, millət olaraq yolumuzdan dönməyəcək, məqsəd və hədəflərimizə addım-adım yaxınlaşacayıq necə ki, yaxınlaşırıq. Sadəcə bir həqiqət var. Bütün tarix boyu Rusiya Azərbaycanın bir nömrəli problemi və başağrısı qalmaqda davam edir”.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər