Onlayn ticarət zamanı bizi necə aldadırlar? - “Malı satıb, aradan çıxırlar...”






dogruxeber.tv: - Son vaxtlar onlayn alış-veriş saytları və sosial şəbəkə səhifələrindən şikayətlər durmadan artır. Xüsusilə pandemiya dövründə əksəriyyətin üstünlük verdiyi onlayn ticarətlə bağlı hələ də problemlərin mövcud olduğunu görürük.

Kimisi aldığı məhsulu qaytara bilmədiyindən, kimisi məhsulun istədiyi kimi olmadığından , şəkildə fərqli göründüyündən şikayətlənir, kimisi də ödəniş edilməsinə rəğmən, məhsulu əldə edə bilmədiyini deyir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sfera.az-a danışarkən bildirib ki, onlayn ticarətlə bağlı problemlər uzun zamandır aktualdır: "Artıq hətta əllə alınan mallarda da problem var. İstehlakçı hüquqlarının pozulması baxımından birinci yerdə texniki cihazlar satan qurumlar dayanır. Daha sonra mebel satanlar gəlir. Mebeli vətəndaşın evinə gətirib aradan çıxırlar. Yəni, onlar "pulunu ver, get cəhənnəmə” prinsipi ilə işləyirlər. Məhsulu əldə etdikdən sonra həmin şəxslərlə kommunikasiya qurmaq, müdiriyyətlə görüşmək mümkün olmur. Bu, ciddi problemdir, getdikcə artır.

Təəssüflər olsun ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna dəyişikliklər edilməsinə baxmayaraq, hamısı istehlakçıların zərərinə olub. Bu istiqamətdə qanunda çoxlu boşluqlar var. Məsələn, parfümeriya malları geri qaytarılmayan mallar siyahısındadır. Qızıl məhsulları da bu qəbildəndir. Bu məsələdə qanuni olub məntiqi olmayan və ya əksinə olan vəziyyətlər mövcuddur”.

Müsahibimizin sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti illər boyu istehlakçının hüququnu deyil, biznesin tərəfini saxlayıb:

"Lakin qurumun yeni rəisi Sahib Məmmədovdan çox şey gözləyirəm. Vəziyyəti dəyişmək üçün düşünürəm ki, həmin qurum iş görəcək. Yenə də mənzərə ağırdır. Xüsusilə pandemiya dövründə bir sıra şəxslər onlayn ticarətlə məhsullar satırlar və yox olurlar. Vətəndaşalara tövsiyə edirəm ki, pul verdiyiniz zaman mütləq kassa çeki alın. Əgər kassa çeki verilmirsə, almayın. Çünki problem olan zaman siz onu dəyişib qaytara bilməzsiniz. Qanunvericilik kassa çeki olmadan malı dəyişməyə, qaytarmağa icazə vermir.

Mürəkkəb texniki cihaz alanda satıcının yanında da bütün funksiyalarını, işlək vəziyyətdə olmasını yoxlayın. Çünki bir saatdan sonra "cızmısan, zədələmisən” kimi böhtanlar ata bilərlər. Məsələn, ötən günlərdə bizə buna bənzər şikayət daxil olmuşdu. Vətəndaş geyim alıb, bir saatdan sonra qaytarmaq istəyəndə bildiriblər ki, paltardan qoxu gəlir. Yəni problemlər həddindən artıq çoxdur”.

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər