Şok! Həbs edilən MTN generalı Nizami Şirinovla bağlı təzyiqlərə məruz qalmış sabiq əməkdaş Prezidentə və Baş Prokurorluğa müraciət etdi
















Azerixeber.az xəbər verir ki, ləğv edilmiş MTN dövründə xidmətdə məxfiçilik qaydaları pozulduğuna etiraz edən əməkdaş Zaur Əliyev(ad və soyad şərtidir) həbs edilmiş MTN generalı Nizami Şirinovun təzyiqlərə məruz qaldığını və hazırki vaxtadək onu zərərçəkmiş şəxs kimi istintaq orqanı tərəfindən hələdə tanınmamasını bildirib.
Qeyd edək ki, AR Baş Prokurorluğun mətbuat xidmətinin 06 aprel 2021-ci il tarixli məlumatına əsasən Azərbaycan Respublikasının ləğv edilmiş MTN-nin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair ayrı-ayrı şəxslərin müraciətləri ilə başlanmış cinayət işi üzrə aparılan istintaq hərəkətləri zamanı həmin Nazirliyin Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Şirinov Nizami Talış oğlunun qeyd olunan vəzifədə işlədiyi müddətdə müxtəlif şəxslərdən MTN-nin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, habelə tabeliyində olan əməkdaşın işdən çıxarılması üçün müvafiq tədbirlərin görülməməsi, xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 3 halda külli miqdarda rüşvət tələb edərək almasına, 3 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Redaksiyamıza müraciət edən sabiq MTN əməkdaşı bildirib ki, “təəsüflər olsunki, mən sabiq MTN işçisi təzyiqlərə, hədə-qorxulara məruz qalmağıma, məxfiçiliyin pozulmasına etiraz və dövlət mənafeyini müdafiə etdiyimə görə işdən çıxarıldığıma baxmayaraq aparılan istintaq hərəkətlərində mən zərərçəkmiş şəxs qismində bu günə kimi cəlb edilməmişəm”.
Şikayətçi qeyd edib ki, ləğv edilmiş MTN-nin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsində işləmiş Şirinov Nizami Talış oğl bölmə rəisi Babək(əvvəl adı Bəbəş olub) Məhərrəmovla əlbir olmaqla, ona təzyiqlər göstərməklə, qərəzli şəkildə, şəxsi maraqlar naminə əvvəlcədən düşünülmüş, planlı şəkildə hədə-qorxu gələrək onu işdən çıxarmışlar.
Məxfiçiliyin pozulması faktı ilə bağlı zərərçəkmiş şəxs yuxarı rəhbərliyə yani Nizami Şirinova rəsmi qaydada müraciət etdikdən sonra bölmə rəisi Babək (əvvəl adı Bəbəş olub) Məhərrəmov vasitəsilə mövcud qanun pozuntularını örtbastır etmək məqsədilə sənədi gizlətməklə yandırma yolu ilə məhv etmişlər. Məhz bundan sonra Nizami Şirinov bölmə rəisi Babək (əvvəl adı Bəbəş olub) Məhərrəmov vasitəsi ilə həmin əməkdaşa qarşı amansız təzyiqləri və hədə-qorxuları başlamışdır.
Redaksiyamıza müraciət edən, təzyiqlərə məruz qalmış sabi MTN əməkdaşı bildirir ki, MTN dövründə məxfiçiliyin pozulmasına qarşı etiraz etdiyi və Babək (əvvəl adı Bəbəş olub) Məhərrəmov şəxsi maraqlardan onun tutduğu vəzifəyə öz həmyerlisini gətirilməsi üçün Baş İdarə rəisi Nizami Şirinovla əlbir olmaqla əvvəlcədən düşünülmüş qərəzli şəkildə onu təzyiqlərə məruz qoymaqla işdən çıxarmışlar.
Təzyiqlərə məruz qalmış sabiq MTN əməkdaşı Baş Prokurorluqda başlanmış cinayət işi üzrə aparılan istintaq hərəkətlərində zərərçəkmiş şəxs qismində tanınması üçün Ölkə Başçısından və Baş Prokurorluqdan kömək istədi.
İnanırıq ki, müraciətlə bağlı müsbət qərar qəbul olunacaqdır.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Oxunub: 619

Son xəbərlər

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Bütün xəbərlər