“Camaat Marsa gedir, ermənilər də Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq istəyirlər” - deputat





dogruxeber.tv - "Ciddi əhəmiyyətə malik olan Zəngəzur dəhlizinin açılması dünya hadisəsidir, hansısa siyasi etnik qüvvənin şıltaqlığı və ya "kapriz"i deyil. Ümumiyyətlə, absurddur, yolu necə kəsmək olar?! Yolu kəsməklə siyasət qururlar?! Camaat Marsa gedir, bunlar da Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq istəyirlər. Ermənistan olmur, hansı dövlət olursa olsun, heç kim mane ola bilməz. Odur ki, Zəngəzur dəhlizi mütləq açılacaq".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nizami Cəfərov Ermənistanın Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərməsi ilə bağlı danışarkən deyib.

Deputat bildirib ki, bu yolun açılmasına qarşı çıxmaq anti-humanist addımdır.

Ermənistanın, ümumiyyətlə, heç bir şeydə maraqlı olmadığını vurğulayan Nizami Cəfərov əlavə edib ki, ermənilərin Zəngəzur dəhlizinin açılmasına qarşı müqavimət göstərmək gücləri yoxdur: "Necə olur ki, qalib gələn, müəyyən bir coğrafiyaya sahib olan ölkə əldə etdiyi ərazilərdə bir qayda - qanun yaratmır, inkişafı təmin etmir?! Ermənistan, sadəcə olaraq, süni yaradılmış, müxtəlif maraqların toqquşduğu məkandır. Zəngəzur məsələsində də eynilə: səfərlər etsələr də, orda yaşayan əhalinin həmin torpaqlarda heç bir məsuliyyəti yoxdur, oradan qaçmaq istəyirlər. Dünyanın hər halda bir tarixi coğrafi hərəkət mexanizmi var. Zəngəzur, sanki, Prezident İlham Əliyevin də dediyi kimi, Türk dünyası coğrafiyasına saplanmış qılıncdır. Ermənistan indi özü də bu qılıncı çıxarmaq gücündə deyil, çünki vaxtilə onu ermənilər yox, ermənilər vasitəsilə bir sıra qüvvələr həyata keçiriblər. Yəni bu, ermənilərin beyninin məhsulu deyil. Ermənilərin düşüncəsinin miqyasının bu qədər geniş olması mümkünsüzdür. Qısacası, ermənilərin Zəngəzur dəhlizinin açılmasına qarşı müqavimət göstərmək gücləri yoxdur. Hətta dünyada bu məsələ barədə nə qədər aqressiya olsa belə, yenə də o yol açılmalıdır. Çünki Zəngəzur dəhlizi İpək yolunun tərkib hissəsidir, birbaşa yoldur".

Son xəbərlər

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Bütün xəbərlər