Paşinyanın “Mehri dəhlizi” oyunu: Məqsəd nədir? - GƏLİŞMƏ







Ermənistan 10 noyabr Bəyannaməsinin tələblərini pozmağa davam edir.

Belə ki, bəyannamənin 9-cu bəndinə əsasən, Ermənistan Azərbaycanı quru sərhədi ilə Naxçıvanla birləşdirən Mehri dəhlizini açmalıdır. Çünki Azərbaycan buna qarşılıq olaraq, ermənilərin Ermənistanla Qarabağ arasında gediş-gəlişini təmin edən Laçın dəhlizini açıb.

Bu dəhlizin də təhlükəsizliyinin təminatını Rusiya öz üzərinə götürüb. Eyni zamanda Rusiya 10 noyabr Bəyannaməsində tərəf kimi yer alır və Mehri dəhlizinin açılması onun da üzərinə düşən öhdəlik olaraq dəyərləndirilir. Lakin Laçın dəhlizinin açılmasına cani-qəlbdən çalışan Rusiya, nədənsə Mehri dəhlizinin açılmasında istəkli görünmür.

Əgər istəyi olsaydı, Ermənistana təzyiq etməli, İrəvanı 10 noyabr Bəyannaməsinin tələblərini yerinə yetirməyə çağırmalı idi. Paşinyan da Mehri dəhlizinin açılmasında maraqlı görünmür.

Türk mətbuatında yayılan məlumata görə, Ermənistan hökuməti Mehri dəhlizinin açılmasına şərait yaradan 9-cu bəndinin ləğv edilməsi üçün Rusiyaya müraciət edib. Onlar bunun müqabilində Füzuli-Şuşa avtomobil yolunun Azərbaycanın istifadəsinə verilməsi təklif ediblər.

Maraqlıdır, Mehri dəhlizi açılmazsa, Azərbaycan Laçın dəhlizini bağlamaq istiqamətində addımlar ata bilərmi?

Milli Cəbhə Partiyasının(MCP) sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında deyib ki, Ermənistan bütün hallarda Mehri dəhlizini açmalı olacaq:

"Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli şəkildə imzaladıqları 9 maddədən ibarət 10 noyabr bəyannaməsinə əsasən rəsmi Bakı üzərinə düşən öhdəlikləri yerinə yetirir. Xüsusən Laçın dəhlizinin açılması, kommunikasiya xətlərinin açılması istiqamətində Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, Ermənistan tam əks mövqe sərgiləyir. Ermənistan nə kommunikasiya xətlərinin açılmasında birmənalı mövqe sərgiləyir, nə də Mehri dəhlizinin açılmasında maraqlı görünür. Kommunikasiya xətlərinin açılması üçün üçtərəfli komissiya da bu istiqamətdə işlər aparır.

Amma göründüyü kimi, Ermənistan bu layihələrin heç birinə hələlik əməl etmir. Bunun iki səbəbi olduğu qənaətindəyəm: Birincisi, Ermənistanda yaranmış daxili böhran vəziyyətidir. Paşinyan hazırda Mehri dəhlizinin açılmasının onun mövqeyinə mənfi təsir göstərəcəyini düşünür. Çünki Ermənistanda, xüsusən revanşistlər Mehri dəhlizinin açılmasını Zəngəzurun Azərbaycana verilməsi kimi dəyərləndirirlər. Ona görə də Nikol Paşinyan düşünür ki, əgər indi Mehri dəhlizinin açılmasına gedərsə, bu revanşistləri ona qarşı qaldıracaq. Ona görə də vaxtı uzatmağa çalışır.

Digər tərəfdən bu işlərdə məsuliyyət daşıyan Rusiyanın özü də maraqlı görünmür. Rusiya hesab edir ki, Mehri dəhlizinin açılması Azərbaycan ilə Ermənistanı yaxınlaşdıra, nəticədə sülh müqaviləsi bağlana bilər. Bu isə Rusiyanın Qarabağda varlığının sonu deməkdir.

Hesab edirəm ki, Azərbaycanla Türkiyənin koordinasiyalı çalışması və Ankaranın Moskva ilə əməkdaşlığının dərinləşməsi, Kremli məcbur edəcək ki, Ermənistandan Mehri dəhlizini açmağı tələb etsin. Yəni burada Rusiya əsas rol oynayır. Rusiya istəsə, Ermənistanı Mehri dəhlizini açmağa məcbur edə bilər.

Hesab edirəm ki, Ermənistanın nə etməsindən asılı olmayaraq, yaxın perspektivdə Mehri dəhlizini açmalı olacaq".

Politoloq hesab edir ki, əgər Ermənistan Mehri dəhlizini açmamaqda çox israr edərsə, Azərbaycan da Laçın dəhlizi ilə bağlı addımlar ata bilər:

"Azərbaycan Ermənistana Laçın dəhlizini açıb və Rusiya bura nəzarət edir, onun təhlükəsizliyinin qarantıdır. Əgər Ermənistan Mehri dəhlizini açmamaq üçün çox israr edərsə, Rusiya heç bir addım atmazsa, Azərbaycan da Laçın dəhlizi ilə bağlı hərəkətə keçə bilər. Bu həm də Rusiyaya mesaj olacaq. Mehri dəhlizi açılmazsa, Azərbaycan birbaşa Laçın dəhlizini bağlaya bilər. Bəyannaməyə əsasən, bu bizim hüququmuzdur".

Son xəbərlər

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Bütün xəbərlər