Dövlət qurumlarında KORRUPSİYA: - “İnvestisiya Holdinqinin bu istiqamətdə fəaliyyəti...”

dogruxeber.tv: - “İnvestisiya Holdinqinin tərkibində sağlamlaşdırmağa ehtiyac olan qurumlar saxlanılır”.

Bu sözləri ötən il yaradılan İnvestisiya Holdinqinin fəaliyyətini dəyərləndirən “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçı bildirib ki, İnvestisiya Holdinqinin fəaliyyəti korrupsiya və özbaşınalığın qarşısının alınmasında mühüm rol oynayır:

“İnvestisiya Holdinqinin yaradılmasında əsas məqsəd ölkədəki ayrı-ayrı strukturların vahid mərkəzdən idarə olunması və publik şəxs kimi bəlli qurumların nəzarətə saxlanmasından ibarətdir. Bu strukturların maliyyə sağlamlığının təmin edilməsi və eyni zamanda, maliyyə təsərrüfatı işlərinə ümumi nəzarət holdinqin funksiyasına daxildir.

Holdinq yarandığı gündən bu günə kimi üzərinə qoyulan məsuliyyətin öhdəsindən uğurla gəlir. Yəni fəaliyyəti çərçivəsində iqtisadi vəziyyətin normallaşmasına, korrupsiya və özbaşınalığa qarşı mübarizədə iştirak edir. Bu nəzarət məmurun öz fəaliyyəti dövründə dövlətçilik prinsiplərini əsas götürməsində və hər hansısa qanunsuz fəaliyyətə yol verməməsində əlverişli rol oynayır.

Hazırda İnvestisiya Holdinqinin tərkibində böyük dövlət strukturları və müəssisələri cəmləşib. Dövlət büdcəsində xüsusi əhəmiyyətli yer tutan “Azərbaycan Hava Yolları” (AZAL), “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” QapalıSəhmdar Cəmiyyəti və “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti İnvestisiya Holdinqinin tərkibinə daxil edilib və onların bütün maliyyə fəaliyyəti nəzarət altındadır.

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti və “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti İnvestisiya Holdinqinə verilsə də, sonradan azad olunub. Bu, onu göstərir ki, İnvestisiya Holdinqi sırf maliyyə-təsərrüfat fəaliyyətində şəffaflaşdırmağa ehtiyac olan qurumlara nəzarət edir”.

Holdinqin fəaliyyəti çərçivəsində dəyişikliklərin edilməsinin zəruri olub-olmadığına da toxunan Vüqar Orucun fikrincə, holdinqin yükü böyükdür və bu baxımdan, qurumun tərkibində yeni strukturların yaradılmasına ehtiyac var:

“Holdinqin strukturlara qarşı effketli nəzarəti həyata keçirməsi üçün müvafiq şöbələr və institutlar yaradılmalıdır. Hesab edirəm ki, qurumun fəaliyyətinin daha da gücləndirilməsi effektiv nəticələr əldə etməyə imkan verəcək. İnvestisiya Holdinqi bütün hallarda ölkəmiz üçün vacib bir qurumdur”.//dia.az

Oxunub: 451

Son xəbərlər

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər

Avtomobillərin təmiri üçün 49 min manatlıq müqavilə

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

Güləşçilərimiz Avropa çempionatının finalına yüksəliblər

ABŞ İraqa dollarla nağd pul göndərişlərini dondurub

Latviya Prezidenti Azərbaycana gəldi

“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Baş nazir qərar imzaladı

Bütün xəbərlər