Xətainin başçı sarıdan bəxti gətirmir... - İTTİHAM







Xətai Rayon İcra Hakimiyyətnin başçısı Rafiq Quliyev haqqında xeyli vaxtdır mediada ancaq mənfi informasiyalar yayılır.
Birincisi, ondan başlayaq ki, icra başçısının tərcümeyi-halında qeyd edilir ki, o, 1992-ci ildə Ağdərədə döyüşüb, Qarabağ veteranıdır.
Çox gözəl. Olsun. Amma Qarabağ veteranı olmaq o demək deyil ki, sən insanların hüquqlarını pozmalısan, rüşvət almalısan, paytaxt Bakıda fermer təsərrüfatı saxlamalısan.
Bəli, məhz fermer təsərrüfatı. İcra başçısının Bakıda qoyun saxlamağından, dana bəsləməyindən o qədər yazırlar ki…
Həqiqətən də, görünür icra başçısı başa düşmür ki, bura kənd deyil e, şəhərdir, həm də dövlətin paytaxtı olan Bakı şəhəri.
Bura qoyun saxlamaq, dana otarmaq yeri deyil, cənab icra başçısı.
Uzun illər rayonun keçmiş icra başçısı Razim Məmmədovun “əlindən su içən” Rafiq Quliyev gənclik illərindən Xətai icra hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. 1-ci müavin olanda artıq oliqarx kimi tanınırdı.
Bir gün Razim Məmmədova Rafiq Quliyevin rayondakı biznesi ilə bağlı xəbər verəndə inanmayıb.
Və sonda obyektləri gəzib hər şeyi öz gözü ilə görən, Razim Məmmədov dəhşətə gəlib ki, bu “uşaq” onun yanında nələr qaynatmayıb. Və həmin gün Razim Məmmədov Rafiq Quliyevi kabinetindən qovub. Amma artıq gec idi, Rafiq Quliyev məsələni həll etmişdi.
Rafiq Quliyev rayona icra başçısı təyin olunan kimi ilk növbədə 5-6 avtoyuma məntəqəsi, çay evləri açdı, ağacları qıraraq yerində obyektlər tikdi, yol qırağındakı meşəlikləri məhv etdi.
Hətta sakinlər Rafiq Quliyevin çay evlərində baş verənlər, gecələr olan səs-küylər, içkili qadın səsləri, dava-dalaş barədə haralara yazmadılar. Rafiq Quliyevin qohumu Afət xanım barədə də çox yazdılar. Amma nəticə olmadı.
Rafiq Quliyevin rayondakı qoçusu İntiqam barədə də mediada çox yazılıb.
Son vaxtlar Rafiq Quliyev Əhmədli ərazisindəki yaşıllıqları məhv edərək kafe-restoran tikdirir.
Bu işdə ona dəstək olanlardan biri də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevdir. Ramin Abdullayev hər dəfə icra başçısı Rafiq Quliyevin tikinti ilə bağlı məktublarına “Məqsədə uyğundur “ dərkənarını qoyub, cavabını yazır.
Bu adam başa düşmür ki, az qala 100 yaşı olan şam ağaclarını kəsmək, yaşıllıqları doğramaq və yerində Rafiq Quliyevə çay evi tikmək cinayətdir.
Ramin Abdullayev konkret olaraq Ulu Öndər Heydər Əliyevin və onun Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasətinin əleyhinə gedir.
Sonda onu qeyd edək ki, bu yazdıqlarımız Xətai rayon icra hakimiyyətində baş verənlərin və Ramin Abdullayevin əməllərinin cüzi bir hissəsidir.
Ümid edirik ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi hər iki qurumla bağlı ciddi yoxlamalara başlayacaq. //gundelik-baku.com//

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər