Qubanın icra başçısı Ziyəddin Əliyevin qardaşı, general-mayor Şahvələd Əliyevə suallar...















Rayon hərbi komissarlıqlarının binaları neçəyə təmir olunur ?

Cənab general, siz qardaşınızın biznesinə şəriksinizmi ?

Vaxtilə Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilib və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ( SHXÇ ) yaradılıb.
Üstəlik on illərlə fəaliyyət göstərən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin ( keçmiş DOSAAF ) bütün maddi-texniki bazası yeni quruma verildi.
Çoxları hesab edir ki, SHXÇ Dövlət Xidməti ancaq yaşı çatan gəncləri orduya çağırmaq üçündür. Əslində isə Bu Dövlət Xidmətinin əsas işi gənclərin hərbi-vətənpərvərlik RUHUNDA TƏRBİYƏSİ, hərbi xidmətə çağırışaqədərki HAZIRLIĞI, xüsusi hərbi İXTİSASLAR üzrə hazırlığı və digər məsələlərdir.
Yəni qurumun işi vətəndaşa “povestka” verməklə bitmir.
Bu qurumun hər rayonda şöbəsi fəaliyyət göstərir.
Dövlət Xidməti rəisinin 4 general müavini var:
1. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini: general – mayor Zaur Qasım oğlu Abdullayev
2. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini: general – mayor Mayıl Seminar oğlu Şahverdiyev
3. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini: general – mayor Yusif Həsən oğlu Mirzəyev
4. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini: general – mayor Şahvələd İsmayıl oğlu Əliyev.

Birincisi, ondan başlayaq ki, vətəndaş sual verə bilər ki, bu qurumda 4 general müavinə nə ehtiyac var ? Qurumu bu boyda şişirtməyin nə mənası var ?
Vətəndaş niyə sual verə bilər?
Çünki dövlət qurumlarında çalışanların maaşları vətəndaşın büdcəyə ödədiyi vergilərin hesabına olur. Deməli vətəndaş haqlı olaraq sual verə bilər.
İkincisi, bu Dövlət Xidmətinin yuxarıda qeyd etdiyimiz “hərbi vətənpərvərlik ruhunda tərbiyə və s” görülən işlərə vətəndaşlar harada rast gəlib ?
Ümumiyyətlə, bu qurumda çalışanların övladlarının “vətənpərvərlik ruhu” haqqında media çox yazıb deyə, bu mövzuya toxunmuruq.
Axı, dövlət bu sahəyə 100 milyonlar ayırır. Bəs o pullar hara sərf olunur.
Bu suala rəisin maliyyə və maddi-texniki təminat üzrə müavini general-mayor Şahvələd İsmayıl oğlu Əliyev cavab verməlidir.
Cənab general Dövlət Agentliyinin müxtəlif rayon şöbələrinə ( keçmiş rayvoyenkomat ) maliyyəni hahsı faizlə bölürsən ?
Dövlət qurumunun keçirdiyi tenderləri maliyyə üzrə müavin kimi dostlarına və kimlərə bağışlayırsan ?
Cənab maliyyəçi general-mayor Şahvələd Əliyev !
Rayon şöbələrinin binalarının təmiri neçəyə başa gəlir ?
Hər təmirdən nə qədər “otkat” olur ?
Siz həm də maddi-texniki bazaya cavabdehsiniz. Ona görə Dövlət Xidmətinin aldığı avadanlıqların qiyməti kağız üzərində və realda nə qədərdir ?
Cənab general !
Qardaşın, Qubanın icra başçısı Ziyəddin İsmayıl oğlu Əliyevin Avropadakı mülklərini, biznesini gündə “reklam” edirlər.
Bəs sizin qardaşınızla biznes şəriki olmağınız barədə necə ?
Araşdırmalarımız davam edir.
P.S.Hörmətli Generallara xatırladım ki,Binəqədi komissarlığından belə bir məlumat bizə dedilər ki,abrımız gedib,bizi tez tez Sumqayıt Hərbi Komissarlığına çağırıllar.Bu mövzu maraqlı olduğu üçün bu barədə daha geniş araşdırmamız olacaq.gundelik baki.com/

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər