"Araz" marketlər şəbəkəsində  vaxtı keçmiş  məhsullar satılır - VİDEO
"Azərbaycanda bir neçə uzunömürlülər yaşayır." Uzunömürlülər deyərkən yaşı 100-dən yuxarı olan nənə - babalarımız nəzərdə tutulur. Hansı ki, onların bəziləri haqqında yerli telekanallarda da bir neçə dəfə verlişlər yayımlanıb. Bütün aparıcıların da, bütün yaşlılara ünvanladığı bir "ənənəvi" sualı var ki, "bəs uzunömürlülüyünüzün səbəbi nədir?"
Yaşlı insanların da hamısı birmənalı olaraq "sağlam qidalanma" cavabını verirlər.

Haqsız da deyillər.

Qida zəhərlənmələri və qidalardan yaranan xəstəliklər mövzusu bir zamanlar daha çox aktual idi. Demək olar, hər gün televiziya xəbərləri, yaxud sosial medialarda bu barədə yeni bir xəbər mütləq yer alırdı.

Elə bu kimi problemlərin qarşısını almaq məqsədilə Prezident İlham Əliyev 2017-ci fevralın 10-da yeni bir qurum, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin yaradılması haqqında fərman imzaladı.

Maraqlıdır ki, bizim, yəni bu xalqın qəbul etdiyi qidaların təhlükəsizliyinə nəzarət etməli olan bu agentlik, bəzən öz vəzifələrini düzgün icra etmir.

Belə ki, hiper market və super marketlər şəbəkələrində satılan ərzaqlara nəzarət yoxdur.

Qəti şəkildə "nəzarət yoxdur" deməmizə son günlər sosial şəbəkələrdə paylaşılan və dogruxeber.tv informasiya agentliyinə daxil olan məlumatlar və aşağıdakı videogörüntü əsas verir.


dogruxeber.tv-a daxil olan məlumatda göstərilir ki, şikayətçi "Araz" marketdən aprel ayının 21-də etdiyi alış-veriş zamanı tarixinə fikir vermədən, son istifadə tarixi 17.04.21 olan "çuğundur salatı" alıb.

"Araz" marketlər şəbəkəsinin piştaxtalarında istifadə müddəti bitmiş ərzaq məhsullarının yer alması marketin özünün və AQTA-nin ya məsuliyyətsizliyi, ya da hər hansısa bizə məlum olmayan maraqlarıdır.

P.S: Məlumatla bağlı qarşı tərəfin açıqlamasını öyrənmək məqsədilə "Araz" marketlər şəbəkəsi ilə şəxsi internet səhifələrində qeyd olunan telefon nömrəsi vasitəsilə əlaqə saxladıq. Operator xanım bizi "Araz" marketlər şəbəkəsinin Elmar adlı məsul işçisinə yönəldərdi. Elmar adlı şəxs bizə bildirdi ki: "Mənim iş vaxtım bitdi. Sizin nömrənizi başqa bir məsul şəxsə verəcəm, 5 dəqiqə sonra özü sizinlə əlaqə saxlayacaq."

Elmar bəyin vədindən 24 saat keçməsinə baxmayaraq hələ də "Araz" marketlər şəbəkəsi tərəfindən redaksiyamıza heç bir zəng olunub, açıqlama verilməyib.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


dogruxeber.tv

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər