Sumqayıt təhsilində nələr baş verir? - İDDİA

Qısa məlumat üçün qeyd edək ki, Sumqayıt Texnologiya Texnikumu 1959-cu ildən fəaliyyət göstərir. Sonradan texnikumun adı Kimya Texnologiya texnikumu olmuşdur.
1992–ci ildən yenidən Sumqayıt Texnologiya Texnikumu adlandırılmışdır.
Azərbaycan Respubikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 saylı qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 3 sentyabr 2002-ci il tarixli 878 sayli əmri ilə Sumqayıt Texnologiya Texnikumunun adı dəyişdirilib
Sumqayıt Dövlət Texniki Kolleci adlandırılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası Təhsil nazirinin 04.03.2016-cı il tarixli, 130 nömrəli əmrinə əsasən Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdinə verilmişdir.
Kollec orta ixtisas təhsil müəssisəsidir və kollecdə istehsalat təcrübələri bağlanmış müqavilələrə əsasən ARDNŞ “Azərkimya“ İstehsalat Birliyinin Etilen Polietilen zavodu, AMEA Polimer Materialları İnstitutunda keçirlir.

Bütün bunları nə üçün qeyd edirik ?

Çünki bu kollecin ixtisaslarına ciddi ehtiyac var.
Bəzən deyirlər ki, əcnəbi gəlib ARDNŞ-də ( SOCAR ) işləyib 5000 dollar maaş alır, bizimkilər isə 600-700 manat.
Biz başa düşməliyik ki, XXI əsrdə ixtisaslı-peşəkar şəxslərə ehtiyac var. Sumqayıt Texniki kolleci isə yuxarıda sadaladığımız zavodlar üçün peşəkar kadr hazırlaya bilmir. Kolleci qurtaran məzunları hansı şirkət işə qəbul edər ? Özü də yüksək əmək haqqı ilə…
Çünki Kollecin direktoru Mətanət Pirquliyevanın başı rüşvətə, korrupsiyaya qarışıb.
Bir məsələni də qeyd edək ki, Mətanət Pirquliyeva özü barəsində tənqidi məqalələrə cavab olaraq bəzi saytlarda tərif dolu cızma-qaralar yazdırır.
Bircə onu deyirik ki, vəsf zamanı deyil, Mətanət Pirquliyeva, öz işinlə məşğul ol, media mənsublarına ağıl vermə.
Kollecdə öz ətrafına yığıdığın rüşvət şəbəkəsindən hamının xəbəri var.
Görəsən hamının xəbəri olan neqativ əməllərdən cənab təhsil naziri Emin Əmrullayevin və Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynovun niyə xəbəri yoxdur ?
Cənab Elxan Hüseynov, bu kollec NK-nin qərarı ilə SDU-nun tabeçiliyinə verilib. Əgər sizin kollecdə baş verənlərdən xəbəriniz yoxdursa, bu necə tabeçilikdir ?
Əgər xəbəriniz varsa, deməli baş verənlərə görə, məsuliyyət daşıyırsınız.
Görəsən təhsil nazirinin niyə kollecdə baş verənlərdən xəbəri yoxdur ?
Cənab nazir ! Bəs sizin nədən xəbəriniz var ?
Cənab nazir ! Sizin Mətanət Pirquliyeva ilə Raya Nəcəfova arasında baş verənlərdən də xəbəriniz yoxdur ?
Söhbət 2001-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının direktoru olmuş Raya Nəcəfovadan gedir. Onu da qeyd edək ki, Raya Nəcəfova kollecin direktoru Mətanət Pirquliyeva dost-doğma xalasıdır. Raya Nəcəfova isə 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, sonra Konstitusiya Məhkəməsinin hakimi olan İsa Nəcəfovun bacısıdır.
Bizim ağsaqqal hüquq alimi ilə heç bir problemimiz yoxdur, sadəcə qohumlarının problemini yoluna qoya bilsə, daha doğru olar.
Bir məsələni də qeyd edək ki, AXC hakimiyyəti dövründə Azad Həmkarlar İttifaqı yaradan Raya Nəcəfova, son illər daha məsul vəzifələdə çalışır.
Bu barədə növbəti yazıda. //gundelik-baku.com//

Oxunub: 746

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər