Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu

dogruxeber.tv: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Bakının Ramana qəsəbəsində daha 50 mənzil şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlillərinə təqdim edilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov və Mina qurbanlarının Sosial-İqtisadi Problemlərinin həllinə Kömək İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov iştirak ediblər.

Müqəddəs Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edən Z.İbrahimov Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısından bəhs edib.

Qeyd olunub ki, dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min, o cümlədən 2021-ci ildə 3 minədək mənzil və fərdi ev veriləcək. Bu gün verilən 50 mənzil də daxil olmaqla 2021-ci ilin planı üzrə artıq 420 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulan vətəndaşlara təqdim edilib. Ümumilikdə indiyədək bu kateqoriyalardan olanlara 9620 mənzil və fərdi ev verilib.

2021-ci ilin sonunadək ölkəmizin rayonlarında şəhid ailələri və müharibə əlilləri üçün 450 fərdi ev də tikilərək təqdim olunacaq.

M.Həsənov həssas əhali qruplarının sosial müdafiəsinin daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb. O bildirib ki, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramının miqyasının ildən-ilə genişlənməsi də bunun bir təzahürüdür.

Mənzillərlə təmin olunan vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya,

bu bayram günündə mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Son xəbərlər

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

Bütün xəbərlər