Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 50 minik avtomobilini müharibə əlillərinə təqdim edib










Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi böyük qələbələr hər bir ölkə vətəndaşı kimi, müharibə əlillərində də sonsuz iftixar hissi yaradıb. Dövlət Bayrağı Günündə tarixi və müqəddəs Azərbaycan şəhəri Şuşada bayrağımızın dalğalanması bu bayrama xüsusi məna qatır. Onlar müzəffər Azərbaycan Ordusunu alqışlayır, əsgərlərimizin rəşadəti ilə fəxr edirlər.

dogruxeber.tv bildirir ki, bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 minik avtomobilinin imtiyazlı şəxslərə təqdim edilməsi tədbirində qeyd olunub.

Avtomobillər Qarabağ və İkinci Dünya müharibəsi əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.

Tədbirdə nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov bildirib ki, Ordumuzun bu haqq savaşında bir-birinin ardınca tarixi zəfərlər əldə etdiyi, ərazilərimizin Ermənistanın işğalından azad edildiyi indiki günlərdə şəhid ailələrinin və müharibə əlillərinin mənzillə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri də uğurla davam etdirilir. Prezident İlham Əliyevin həssas əhali qruplarına, müharibə əlillərinə xüsusi qayğısı nəticəsində bu tədbirlər ildən-ilə geniş vüsət alır. Bu il imtiyazlı şəxslərə 400 avtomobil verilməsi nəzərdə tutulub ki, onların da böyük hissəsi artıq verilib, qalanları isə ilin sonuna qədər veriləcək. İndiyədək 6964 minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təqdim edilib.

Həmçinin 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda olmaqla, azı 1500 mənzil və fərdi ev verilməsi istiqamətində iş aparılır, onlardan artıq böyük əksəriyyəti verilib. Ümumilikdə ötən dövrdə 8318 mənzil və fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə verilib.

Yeni minik avtomobili ilə təmin olunan vətəndaşlar onlara göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər