İnsanların yayda maska taxmasından imtina oluna bilər? - AÇIQLAMA

dogruxeber.tv: - Artıq 1 ildən çoxdur ki, pandemiya şəraitində yaşayırıq. Pandemiya şəraitinə uyğun olaraq uşaqdan böyüyə hər kəs maskadan istifadə edir. Maska bizim gündəlik həyatımıza daxil olan əsas faktorlardan birinə çevrilib.

Pandemiyanın ilk başlarında maskanın yalnız qapalı məkanlarda istifadəsi lazım idisə, artıq bir neçə müddətdir açıq havada da maska taxılması şərtdir. Havalar isindikcə açıq havada maskadan istifadə edilməsi getdikcə çətinləşir. Hətta bu insanların səhhətində problemlər də yarada bilər.

Bəzi ölkələrdə məsələn, Çexiyada mayın 10-dan maskaların məcburi şəkildə taxılması ləğv edilib. Maskalardan yalnız insanların çox olduğu yerlərdə, eləcə də daxili otaqlarda, sosial məsafənin gözlənilməsində çətinlik yaranan məkanlarda istifadə ediləcək.

Maraqlıdır bütün bunları nəzərə alaraq ölkəmizdə açıq havada, məcburi şəkildə maska taxılması ləğv oluna bilərmi?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Modern.az-a maska taxmaq və onunla düzgün rəftar edilməsini karantin davranışlarının əsas şərtlərindən biri olduğunu söyləyib:

“Bununla yanaşı bəzi paradoksal vəziyyət var. Qapalı yerlərdə, iaşə müəssisələrində, restoranlarda insanlar maskasız otururlar. Lakin çıxandan onlardan maska taxmaq tələb olunur. Bu absurd bir haldır. Əslində isə əksi olmalıdır. Ümumiyyətlə, iaşə müəssisələrinin hansısa formada fəaliyyət göstərməsi üçün konkret qayda-qanuna riayət edilməlidir. Yəni burada məsafə gözlənilməsi, giriş- çıxışların dezinfeksiyası, həmin yerlərin yaxşı havalanması əsas faktorlardandır”.

A.Qeybulla istənilən qapalı məkanın, iaşə müəssisələrinin və ictimai nəqliyyatların yoluxma üçün əsas mənbələrdən biri olduğunu qeyd edib:

“Ona görə də qapalı məkanlarda maska taxılması şərtdir. Çexiyada verilən qərarın daha düzgün olduğunu hesab edirəm. Qərarlar əsasən dünya Səhiyyə Təşkilatının tövsiyyələri əsasında verilir. Ayrı-ayrı ölkələr bu qərarlara əməl edərək pandemiyanın gedişini nəzarətdə saxlayırlar. Yəqin ki, biz də müəyyən ölkələr tərəfindən sınaqdan keçmiş qərarları versək, daha yaxşı olar. Hər halda istənilən bir qərar düşünülüb verilməlidir”.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər