ABŞ-dan OPEC-ə qarşı sərt addım - Neft bazarını nə gözləyir?

dogruxeber.tv: - ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq komitəsi OPEC üzvü olan ölkələrə qarşı antiinhisarla bağlı məhkəmə iddialarına icazə verən qanun layihəsini təsdiqləyib. Bundan sonra layihəyə Nümayəndələr Palatası tərəfindən baxılmalıdır. Qanun layihəsi ABŞ Ədliyyə Nazirliyinə OPEC üzvü ölkələrinə qarşı antiinhisar iddialarını başlatmaq imkanı yaradır və ABŞ məhkəmələrinə bu kimi işlərə baxmaq səlahiyyətini verir. Layihə müəllifləri iddia edirlər ki, OPEC üzvləri qiymətlərə nəzarət məqsədilə xam neft istehsalını məhdudlaşdırmaq üçün qəsdən sövdələşir və xam neft qiymətlərini şişirdirlər.

Bəs ABŞ-da bu qanun layihəsi qüvvəyə minsə, bunun neft bazarına təsirləri necə olacaq?

Neft ucuzlaşa bilər
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, onsuz da OPEC kartel sövdələşməsini gizlətmir: "Yəni kartel sövdələşməsi vasitəsilə qiymətlərə təsir mexanizmlərinin yaradılmasını OPEC özü də elan edir. İlk dəfə 2000-ci illərin əvvəllərində ABŞ-da məhkəmə qaydasında OPEC ilə bağlı qərar verilməsi cəhdi olmuşdu. Amma bununla bağlı qanun olmadığı üçün iddia ləğv edilmişdi. Bu qanun qəbul edilsə, iddiaların qaldırılması mümkün olsa, OPEC-in gələcək taleyi sual altına, şübhə altına düşəcək. Çünki digər sahələrdə kartel sövdələşmələri vasitəsilə qiymətlərin qaldırılması qadağandır. Dərhal antiinhisar qanunvericiliyi işə düşür, böyük cərimələr tətbiq edilir və ölkələr həmin şirkətləri çox ciddi cəzalandırırlar. Neft ilə bağlı OPEC təşkilatına bir az tolerant yanaşılırdı. Amma görünür, indi bununla bağlı yeni qanun layihələrinin qəbul edilməsi ehtimalı artır".

Onun fikrincə, burada əsas məsələ həm də bir presedent yaratmaqdır:

"Çünki digər sahələrin istehsalçıları da oxşar təşkilatlar yaratmağa cəhd göstərirdilər. Məsələn, bir müddət öncə qaz üzrə OPEC yaratmaq və yaxud əlvan metallar üzrə təşkilat yaratmaq cəhdləri olmuşdu. Düşünürəm ki, bu, gələcəkdə kartel sövdələşmələri vasitəsilə dünya bazarlarında qiymətlərə təsirinin olmaması üçün zəmin yaratmaq ideyasıdır".
"Bu qanun qəbul edilsə, neft qiymətlərinə təsiri necə olacaq?" sualına iqtisadçı belə cavab verib: "Bu addım atılarsa, neft qiymətləri daha çox tələb-təklif əsasında tənzimlənəcək. Amma OPEC hasilatı süni şəkildə azaltmasaydı, neftin qiyməti indiki 65 dollar səviyyəsində olmazdı. Yəni hasilatın həcmi süni şəkildə azaldıldı və qiymət qalxdı. Əgər indi OPEC belə qərarlar qəbul edə bilməsə, neft qiymətlərini əvvəllər olduğu kimi, tələb və təklif müəyyən edəcək. Bu da qiymətlərin ilkin mərhələdə ucuzlaşmasına səbəb ola bilər".

Avropa və Asiya bazarları uğrunda savaş
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli isə Sputnik Azərbaycan-a deyib ki, son dövrlər ABŞ tərəfindən reallığa uyğun olmayan addımlar atılır: "Bu gün OPEC+ ölkələri neft bazarını tənzimləyir və bu, normaldır. Hazırda ABŞ neft məhsullarının ixracına görə ilk üçlüyə daxil olub. Əvvəllər ABŞ ancaq neft idxal edirdi, indi isə ən böyük neft ixracatçılarından birinə çevrilib. Ona görə ABŞ yeni bazarlar əldə etmək istəyir və belə yollara əl atır. ABŞ-ın addımı neft bazarına təsir edə və qiymətlər ucuzlaşa bilər. Lakin ABŞ-ın bu addımı normal deyil. Əksinə, ABŞ-ın özü süni yolla müdaxilə edib bazarı əldə etmək istəyir. Bu gün Avropa və Asiya bazarları uğrunda savaş gedir. ABŞ istəyir ki, OPEC hasilatı artırmasın və o, öz məhsullarını bazara çıxarsın. Yəni ABŞ bu təzyiq alətlərindən istifadə edərək OPEC+ ölkələrinə təsir etmək istəyir".

Oxunub: 377

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər