Vaqif Həsənov problemlə üzləşib - İLGİNC İDDİALAR...

dogruxeber.tv: - “Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağdam Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin sabiq direktoru Həsrət Səfərovun cinayət işi üzrə məhkəmənin ilk iclası may ayının 20-ə təyin olunub. Hakim Elmin Rüstəmovun icraatına verilmiş cinayət işində “Azərpambıq ASK” MMC-nin Ağdam Pambıq İstehsalı və Tədarükü Məntəqəsində baş vermiş qanunsuz halların istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Aparılan istintaqla müəyyən edilib ki, sabiq direktor Həsrət Səfərov 2018-2019-cu illər ərzində tərtib edilmiş sənədlərə pambığın keyfiyyətinin azaldılması ilə bağlı tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə müəssisənin 117 min manat məbləğində pul vəsaitini mənimsəyib.

Bu cinayət işi 2018-2019-cu illər ərzində baş verib. 2018-ci ilin avqustundan isə Ağdam Rayon İcra Hakimiyyətinə Vaqif Həsənov başçılıq edir. Deməli, bu cinayət işləri Vaqif Həsənov Ağdam rayonuna rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu isə Vaqif Həsənovun Həsrət Səfərovun əməllərinə görə ən azından siyasi və mənəvi məsuliyyət daşıyır. Doğrudur, Ağdam rayonunda bəzi şəxslər hesab ki, Həsrət Səfərovun əməllərinə görə Vaqif Həsənov da məsuliyyətə cəlb olunacaq. Ancaq bu iddiaları təsdiq və ya təkzib etmək üçün məlumata malik deyilik. Hesab edirik ki, bu iddialara hakim Elmin Rüstəmov sədrliyi ilə Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilcək məhkəmə prosesində aydınlıq gələcək. Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovun təqdimatı, Bəhruz Camalovun əmri ilə

Həsrət Səfərovun əməllərinə məsuliyyət daşıyacaq şəxslərdən biri də dövlət qeydiyyatına alındığı gündən hazırkı zamana qədər “Azərpambıq ASK” MMC-yə rəhbərlik edən Bəhruz Əliağa oğlu Camalovdur. Qeyd edək ki, “Azərpambıq ASK” MMC-i 25.05.2018-ci ildə dövlət qeydiyyatına alınıb və hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, 1033-cü məhəllədə yerləşir. Həsrət Səfərov da məhz Ağdam Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin direktoru təyin olunub. 2018-2019-u illərdə Ağdam Pambıq İstehsalı və Tədarükü Məntəqəsində baş verən mənimsə halları da Vaqif Həsənovla Bəhruz Camalovun gözü qarşısında baş verib. “Azərpambıq ASK” MMC-yə rəhbər təyin edilməzdən əvvəl “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktorunun müavini olan Bəhruz Camalov təsadüfi şəxs deyil. Məlumatlara görə Bəhruz Camalov prezidentin Ərazi-Təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevin bacısı oğludur. Yəni, Həsrət Səfərovun həbsinin doğurduğu səs-küy Prezident Adminstrasiyasına kimi çata bilər. Ağdam rayonundakı mənbəmiz qeyd edir ki, Vaqif Həsənovun icra başçısı təyin olunmasında Zeynal Nağdəliyevin də rolu olub. Mənbənin məlumatına görə, hətta Vaqif Həsənovu Zeynal Nağdəliyevin kadrı hesab edənlər də var. Ancaq bu məlumatı dəqiqləşdirmək mümkün deyil.
Göründüyü kimi “Azərpambıq ASK” MMC-nin Ağdam Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin sabiq direktoru Həsrət Səfərovun məhkəməsi sürpirizlər doğura bilər.
Ağdam rayonundan əldə etdiyimiz digər məlumata görə, rayon ərazisindəki digər Pambıq Tədarükü Məntəqəsində də ciddi nöqsanlar aşkar olunub. Bu məlumatı araşdırmağa çalışacağıq. Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovla “Azərpambıq ASK” MMC-nin direktoru Bəhruz Camalovun da münasibətini öyrənməyə çalışacağıq.// sozcu.info

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər