Rövşən Rzayevin milyonları udan “müasir tikintilər”i - “Qaçqınkom”un şübhəli tenderi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Sabirabad rayonunda fərdi yaşayış evlərinin təmiri işləri üçün elan etdiyi tenderin qalibini açıqlayıb.
HİT.Az xəbər verir ki, qalib şirkət “Müasir Tikintilər” MMC-dir. Qurum şirkətin Sabirabadda görəcəyi işlərə görə 289 299.99 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Müasir Tikintilər” MMC-nin 25 fevral 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Landau küçəsi, məhəllə 546, mənzil 118-də yeləşir. MMC-nin qanuni təmsilçisi isə Tusi İlkin Tusi oğludur.
Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə məlumatlar məhduddur. 11 ildir fəaliyyət göstərən “Müasir Tikintilər” MMC-nin və onun qanuni təmsilçisi haqqında, demək olar ki, heç bir məlumatın olmaması şübhəli görünür.
Araşdırmalarımız zamanı məlum olub ki, bu şirkət əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və onun alt qurumlarının elan etdiyi tenderlərin qalibi olur.
Təkcə 2019-2020-ci illərdə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu və “Qaçqınkom”un Mənzil İstismar Depratamenti “Müasir Tikililər” MMC ilə ümumi maliyyə dəyəri 13 573 766.26 AZN təşkil edən 5 müqavilə imzalayıb:
1.Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 (I mərhələ - 645) məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 245 ailəlik Qarakeçdi qəsəbəsində 56 ədəd fərdi yaşayış evlərinin tikintisi – 4 204 046.04 AZN
2.Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 44 №-li yaşayış binasının tikintisi – 3 091 887.24 AZN
3.Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 43 №-li yaşayış binasının tikintisi – 2 835 314.84 AZN
4.Sabirabad rayonunda fərdi yaşayış evlərinin təmiri – 297 100.05 AZN
5.Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 1 №-li yaşayış binasının tikintisi – 3 245 418.09 AZN.
“Qaçqınkom”un iri layihələri 11 il fəaliyyət göstərməsinə baxmayaraq, tanınmayan bir şirkətə həvalə etməsi qurumun keçirdiyi tenderlərin şəffaflığını şübhə altına alır.

Son xəbərlər

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Bütün xəbərlər