Tərlan Əhmədov futboldan gedir

dogruxeber.tv: - "Neftçi" və "Keşlə" futbol komandalarının sabiq baş məşqçisi Tərlan Əhmədov futboldan getməyə hazırlaşır.

Bu barədə "Report"a 50 yaşlı mütəxəssisin özü məlumat verib. O, özünü başqa sahədə sınamaq istədiyini bildirib: "Yalnz istirahətdəyəm, iş tapmağa çalışıram. Görürəm ki, futbola lazım deyiləm. Nəticə verdim, alınmadı, qane olmadılar. 2 dəfə axırıncı yerdə gedən komandanı ("Neftçi" və "Keşlə"ni - red.) 3-cü pilləyə çıxardım, dəyər verilmədi. Ona görə başqa sahədə çalışmaq istəyirəm. Nə vaxtadək oturub iş gözləyəcəyəm"?

Əhmədov hansı sahədə çalışacağını hələ müəyyənləşdirmədiyini söyləyib: "Artıq 10 aydır boş-bekar oturmuşam. Adıma o qədər söz-söhbət çıxardılar ki, hər şeydən bezdim. Mətbuatda hərə bir şey yazır ki, Tərlan filan işə görə qovuldu. Amma konkret səbəbini yazan yoxdur. Hər dəfə bir söz eşidib əsəbiləşirəm. İnsanı bir hadisəyə görə çıxararlar. Amma mənimlə bağlı min dənə söz deyirlər. Azərbaycanda hansısa hadisənin baş verməsinə ehtiyac yoxdur. Oyun, nəticə qalır kənarda, olmayan şeyi elə ictimailəşdirirlər ki, kənardan başqa cür görünür. Sonra da üzə durmaqla məşğul olan insanları elə öyrədirlər ki, adam özündən şübhələnir. Kimin sübutu varsa, gəlib desin. Ona görə düşünürəm ki, futboldan kənarlaşsam, daha yaxşı olar".

Mütəxəssis başqa peşəsinin olmadığını vurğulayıb: "Artıq 50 yaşım tamam olur. Bundan sonra gedib hansısa dövlət orqanında işləyə bilmərəm. Allah bir yol açar. Özüm Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm, ali təhsil diplomum var. Amma başqa peşəm yoxdur".

Qeyd edək ki, Tərlan Əhmədov "Neftçi" və "Keşlə" ilə yanaşı, AZAL-da baş məşqçi, "Xəzər Lənkəran"da isə köməkçi-məşqçi kimi çalışıb. O, ötən ilin avqustunda "Keşlə"dən istefaya göndərilib.

Son xəbərlər

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bütün xəbərlər