Büdcə vəsaiti narkotik cinayəti ilə ittiham olunan şəxsə etibar edilib? - Xətaidə tender maxinasiyası

dogruxeber.tv: - Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi “Tikinti-Təmir-Təchizat-Bərpa” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə 139 383.96 manatlıq satınalma müqaviləsi imzalayıb. REPORTYOR.info xəbər verir ki, müqavilədə dəftərxana və təsərrüfat mallarının satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlutlarında göstərilir ki, “Tikinti-Təmir-Bərpa-Təchizat” QSC-nin 18 mart 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2050 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu General Səmədbəy Mehmandarov, ev 98, mənzil 47-də yerləşir. QSC-nin qanuni təmsilçisi Əbilov Elçin İslam oğludur.
“Təmir-Tikinti-Bərpa-Təchizat” QSC şübhəli tenderlərdə istifadə olunan şirkətlərdən hesab edilir. Mediada bu şirkətin qalib olduğu tenderlərin qeyri-şəffaf keçirilməsi barədə iddialara rast gəlinir. Bu iddialar qarşı tərəfdən təkzib olunmayıb.
Bəzi ehtimallar görə, “Təmir-Tikinti-Təchizat-Bərpa” QSC tender kralları hesab edilən “İnpeks.N” MMC-ni və “VEST-LTD” QSC-ni əvəzləyir.
Hər iki şirkətin satınalmalarda iştiark tarixi təxminən eyni vaxta düşür. Bu tarix həm də “İnpeks.N”in “görünməz” olduğu zamana uyğundur. “VEST-LTD” QSC ilk tenderini 25 sentyabr 2019-cu il tarixdə, “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC isə oktyabrın 4-də qazanıb.
Bu iki şirkətin nizamnamə kapitalının eyni məbləğ daşıması və təşkilati-hüquqi formasının (QSC) üst-üstə düşməsi deyilənlərin əsaslı olduğuna şübhələri artırır.
“Tikinti-Təmir-Təchizat-Bərpa” QSC 2020-ci ilin dekabrın 7-də keçirilən dövlət satınalmalarında 2 qurumdan 5 tender udub. Ümumiyyətlə isə şirkət 2019-2020-ci illərdə 39 tenderin qalibi olub. Bu satınalma müsabiqələrini Bakı rayonlarının yerli icra hakimiyyətləri və Mədəniyyət Nazirliyi keçirib.

“Təmir-Tikinti-Təchizat-Bərpa” QSC-nin qanuni təmsilçisi Elçin Əbilova gəlincə, onun adı cinayət işində keçir. Açıq mənbələrdə onun adına Vahid Məhkəmə Portalınada rast gəlinir.

Büdcə vəsaiti narkotik cinayəti ilə ittiham olunan şəxsə etibar edilib? - Xətaidə tender maxinasiyası


Bəlli olur ki, Şirvan Apellyasiya Məhkəməsi Elçin Əbilov Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs kimi mühakimə edib. Məhkəmənin nəticəsi barədə açıq mənbələrdə hər hansı bilgi yoxdur. Elçin Əbilovun ittiham olunduğu maddədə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. //REPORTYOR.info//

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər