BSU-da 140 min manatın QARANLIQ TALEYİ - Rektor Dürdanə Əliyevanı ev dustağına çevirib?

dogruxeber.tv: - Bakı Slavyan Universitetində Qiyabi və əlavə təhsil şöbəsinin müdiri Dürdanə Əliyeva tələbələrin 140 min AZN dəyərində olan təhsil haqqını mənimsəyib. Hazırda prokurorluq faktla bağlı araşdırma aparır.

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva isə ali təhsil müəssisəsinin Qiyabi və əlavə təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın tələbələrin təhsil haqqını mənimsədiyini etiraf edib. Yanvarın 29-da mətbuata açıqlama verən rektor bildirib ki, D.Əliyevanı tapmaqda çətinlik çəkirlər və 2020-ci ilin noyabr ayının 20-də öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.

Bizim.Media xəbər verir ki, əvvəlcə yayılan xəbərlərdə BSU Dürdanənin qanunsuz əməllərinə görə, Təhsil Nazirliyi və Baş Prokurorluğa müraciət etdiklərini açıqlayıb.

Lakin Prokurorluq bu açıqlamanı təkzib edib:

"Cinayət işi Dürdanə Əliyevanın tələbələrin təhsil haqqlarının mənimsəməsi ilə bağlı 25 yanvar 2021-ci il tarixdə Baş Prokurorluğun “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər əsasında başlanıb və yalnız bundan sonra, 04 fevral 2021-ci il tarixdə BSU-nun rektorunun müraciəti Təhsil Nazirliyi vasitəsilə Baş Prokurorluğa daxil olub".

Bu rəsmi təkzibdən sonra BSU rektoru Nurlana Əliyevanın üzərinə tuşlanan şübhələr birəmin artıb. Yəni, əksər ictimai fəallar professorun axtarılan 140 minə şərik olduğunu düşünür. Bu fikirdə olanlar sadə məntiqin tərəfdarlarıdır. Belə ki, hər bir insan evində baş verənlərdən xəbərdar olduğu kimi rektorlar da idarə etdikləri təhsil ocağında yaşananlardan agahdırlar.

140 min manatı mənimsəyən Dürdanə Əliyeva haqqında isə 4 həftədir ki, cinayət işi başlanılıb.

Bakını tərk etdiyi deyilən təhsil oğrusunun işi ilə bağlı gedişat rəsmən açıqlanmır. Amma Bakını tərk etmək Azərbaycandan çıxmaq demək deyil. Ölkədaxili axtarışlar isə uzun sürmür. Hətta BSU-nun qara kassası başqa ölkəyə çıxsaydı belə o, interpol vasitəsilə axtarışa verilərdi. Belə qərarlar isə mətbuata açıqlanır. Hələki tələbələrin təhsil haqqını mənimsəyən Dürdanənin cinayət işi barədə yeni xəbərlərin olmaması başqa ehtimalları aktuallaşdırır.

Məlumatlı mənbənin söyləməsinə görə isə Dürdanə Əliyeva Bakıda öz evindədir, sadəcə, rektor onu ev dustağı kimi saxlatdırır və heç bir açıqlama verməməyi emr edib.

Əks təqdirdə cinayətinin cəzası böyük olacağını bildirib. İndiliksə xanım rektor bu cinayətin üstünü ört-basır etməklə məşğuldur.

Bəzi mənbələrdən (tələbə-müəllim) əldə etdiyimiz məlumatlara görə, Dürdanənin istintaqı gedir və əldə olunan cavablar cinayət işinin miqyasını artırıb. Belə ki, hazırda universitetdə yoxlamaların getdiyi ilə yanaşı tələbə, müəllim, valideynlər arasında rəy sorğusu da aparılır. Bu sorğuda yer alan cavabların bir qismi isə şikayətlərdən ibarətdir. Həmin narazılıqlar isə yalnız Dürdanə Əliyevanı əhatə etmir.

140 min manat hələ çox ev yıxacaq... // Bizim.Media

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər